Canlı qruplarının qəfildən ortaya çıxması

Təkamülçülər balıqların pikaia kimi onurğasız dəniz canlılarından, amfibiyaların və dövrümüzdəki balıqların "əcdadı" olan bir balıqdan, sürünənlərin amfibiyalardan, quşların və məməlilərin ayrı-ayrı sürünənlərdən və ən axırda isə insanların və dövrümüzdəki meymunların ortaq bir əcdaddan təkamülləşdiklərini iddia edirlər. Bu iddialarını elmi olaraq sübut edə bilmələri üçünsə, bu növlər arasında çevrilmə olduğunu göstərən ara keçid canlılarının qalıqlarını göstərməlidirlər. Ancaq, əvvəlcə də ifadə edildiyi kimi bu xəyali canlılardan əsər-əlamət yoxdur. Təkamülçülər bu səbəblə də bəzi canlıların qalıqlarını düzəldib ara keçid formaları kimi tanıdırlar. Necə ki, bu "saxta ara keçid formaları" təkamülçülərin öz aralarında belə mübahisə mövzusudur və bu günə qədər mübahisəsiz olaraq qəbul edilmiş həqiqi bir ara keçid forması tapılmamışdır. Bunlar əslində ara keçid formaları deyil. Ancaq təkamülçülər belə bir ardıcıllıq yaratmaq məcburiyyətində olduqları üçün, tapdıqları qalıqlardan bəzilərinin ara keçid forması olduğunu deyərlər. Amerikan Təbiət Tarixi muzeyindən Qaret Nelson təkamülçülərin "ixtiyari" təkamüllü əcdad seçimləri üçün bunları deyir:


Bəzi əcdadlar tapmalıyıq. Bunları seçək. Niyə? Çünki bu əcdadların olmasının lazım olduğunu bilirik və bunlar ən yaxşı namizəddirlər. Adətən işlər belə gedir. Şişirtmirəm.


Bu hissədə canlı növlərinin bir-birindən ayrı şəkildə yer üzündə ortaya çıxdıqlarını, təkamülçülərin iddia etdikləri kimi bir-birindən təkamülləşmədiklərini elmi dəlillərlə araşdıracağıq.

 

Balıqların əsl mənşəyi

Təkamülçülərin iddialarına görə ilk onurğalı canlı olan balıqların əcdadları onurğasız canlılardır. Ancaq sərt bir qabığa sahib olan, sümüyü, onurğası olmayan bu canlılar, necə ola bilər ki, onurğalı, onurğa beyinli canlılara çevrildikləri təkamülçülərin cavablandıra bilmədikləri və dəlil tapa bilmədikləri bir sualdır. Çünki bu canlılar o qədər böyük dəyişikliklər keçirməlidirlər ki, bədənlərdəki sərt qabıq yox olmaqla yanaşı, içlərində skelet meydana gəlsin. Belə bir çevrilmə üçünsə, hər iki növ arasında çox sayda ara keçid forması olmalıdır. Halbuki, təkamülçülərin onurğasız canlılarla onurğalılar arasında ara keçid forması olaraq göstərə bildikləri tək bir fosil belə yoxdur.


Təkamül nəzəriyyəsi pikaia kimi ilk çoxhüceyrəlilərin (metazoa) vaxt keçdikcə balıqlara çevrildiyini fərz edir. Bu iddia xüsusilə də 90-cı illərdə təkamülçülər tərəfindən tez-tez dilə gətirilmiş, müasir darvinizmin ən aparıcı müdafiəçilərindən biri Stefen Cey Quld pikaianı "hamımızın əcdadı" olaraq elan etmişdi. Bu iddia kembri dövründə onurğalıların mövcud olmadığı fərziyyəsinə əsaslanırdı. Ən qədim "xordalı", yəni mərkəzi bir sinir şəbəkəsi sütununa sahib canlı olan pikaia isə kembri dövründə ortaya çıxmışdı və sonrakı dövrlərdə ortaya çıxan balıqların əcdadı kimi göstərilməsi, fosil qeydlərinə uyğun bir iddia kimi görünürdü.


Halbuki 1999-cu ildə əldə edilən bir tapıntı, kembri dövrü ilə əlaqədar təkamülçülərin irəli sürdükləri bu nəzəriyyəni yıxdı: Çünki pikaia ilə eyni dövrdə, guya onun nəvələri olan balıqların da yaşadığı aşkarlandı.


Qeyd olunan tapıntı Çində aşkar olundu: Çinin Yunnan əyalətində qazıntı işləri aparan paleontoloqlar 530 milyon illik balıq fosilləri tapdılar. Məşhur paleontoloq Richard Monestarsky tərəfindən "Waking Up to the Dawn of Vertebrates" (Onurğalıların Ortaya Çıxışına Oyanış) başlığıyla yazılan bir xəbərdə Haikouichthys ercaicunensis və Myllokunmingia fengjiaoa olaraq adlandırılan bu iki ayrı balıq növü haqqında bu şərh verildi:


Paleontoloqlar onurğalıları çoxdan bəri təkamül tarixinə, ilk başdakı partlayış və həyəcan sona çatdıqdan sonra daxil olan bir qrup olaraq qəbul etmişdirlər. Ancaq çinli paleontoloqlar onurğalıların mənşəyini demək olar ki, bütün digər heyvan qruplarının fosil qeydlərinin ortaya çıxdığı güclü bioloji partlayışa qədər aparan iki balıq fosili tapdılar. Yunnan bölgəsindəki 530 milyon illik süxurlar içində gizlənmiş olan bu qalıqlar ən qədim balıqlara aid olub, digər ən qədim onurğalı fosillərdən ən azı 30 milyon il yaşlıdırlar.


Kembri dövründə onurğalıların da mövcud olduğunun başa düşülməsiylə birlikdə, artıq təkamül nəzəriyyəsinin "həyat ağacı"nın ciddi qəbul ediləcək heç bir tərəfi qalmamışdır. Onurğalılar da daxil olmaqla bütün təməl canlı kateqoriyaları eyni geoloji dövrdə ortaya çıxdığına görə, "ortaq əcdaddan təkamülləşmə"dən danışıla bilməyəcəyi aydındır.


Balıqların digər bütün mürəkkəb canlı qruplarıyla eyni anda ortaya çıxması, başqa bir növdən təkamülləşmədiklərini, qəfildən yaradıldıqlarını göstərir. Necə ki, kembri dövründən sonra da, bütün müxtəlif balıq kateqoriyaları fosil qeydlərində bir anda və heç bir əcdadları olmadan ortaya çıxırlar.

 

 

Balıqlardan amfibiyalara

Təkamülçülərin iddiasına görə quruda yaşayan canlıların əcdadı balıq növüdür. Təkamülçülər hələ də aşkar edə bilmədikləri bu xəyali balıq növünün quraqlıq nəticəsində palçıqda yerimək və yaşamaq məcburiyyətində qaldığını, bunun üçün üzgəclərinin ayaqlara, qəlsəmələrinin ağciyərə təkamülləşdiyini, bədən tullantılarını kənarlaşdırmaq üçün böyrəklərə sahib olduğunu, dərisinin maye itkisinin qarşısını alacaq xüsusiyyətlər qazandığını və beləcə ilk amfibiyaların ortaya çıxdığını irəli sürürlər. Bir balıq bütün bu dəyişiklikləri, hətta daha çoxunu keçirmədikcə quruda yaşamağa uyğun hala gələ bilməyəcək, ən çoxu bir neçə dəqiqə ərzində öləcək.


Təkamülçülərin amfibiyaların əcdadı olaraq göstərdikləri üç müxtəlif balıq növü vardır. Bunlardan biri yaşayan qalıq selakantdır. Bu balıq növü üzgəclərinin qalınlığı və sümüklü olduğu kimi bəzi strukturlarına görə illərlə amfibiyaların əcdadı olaraq tanıdılmışdır. Ancaq 1938-ci ildə Hind okeanında canlı selakantın tutulmasıyla, təkamülçülərin bu balıq haqqında etdikləri fərziyyələrin əsassız olduğu aydın olmuşdur. Sonrakı illərdə də 200-ə qədər canlı selakant tutulmuşdur. Canlı selakantın araşdırılmasıyla bu balığın yumşaq anatomiyasının amfibiyalara bənzəmədiyi, quruya çıxmaq üzrə olmadığı, dayaz sularda deyil, dərin dənizlərdə üzdüyü aydın omuşdur. (Ətraflı məlumat üçün baxın. Saxta ara keçid formaları hissəsi).


Dövrümüzdəki təkamülçülərin böyük bir hissəsinin amfibiyaların əcdadı olaraq göstərdikləri başqa bir balıq qrupu isə, rhipidistia dəstəsindən olan balıqlardır. Bu balıqların üzgəclərində, selakantda olduğu kimi qalın bir toxuma və sümüklər vardır. Təkamülçülər isə bu müxtəlif strukturlara görə bu canlıda ayaqların meydana gəlməyə başladığını iddia edirlər. Halbuki, bu strukturların quruda yaşayan canlıların ön və arxa ayaqlarıyla heç bir bənzərliyi yoxdur. Həmçinin, selakantda olduğu kimi canlının üzgəcinin sərt hissələri əzələlərinə zəif şəkildə bağlanmışdır. Bu isə bədənin ağırlığını daşıya biləcək şəkildə onurğaya bağlanmadığını göstərir. Yəni, bu balıqların üzgəclərində quruda yaşayan canlıların ayaqlarına bənzəyən heç bir xüsusiyyət yoxdur. Həmçinin, fosil qeydlərində olan ən qədim amfibiyada çanaq və çiyinlər geniş və güclüdür. Bunlar, balıqlarda olmayan xüsusiyyətlərdir və təkamülçülərin irəli sürdükləri əcdadlarda bu cür strukturların inkişafına dair heç bir iz yoxdur.


Təkamülçülərin üçüncü "amfibiya atası" namizədləri isə, (dipnoi dəstəsindən olan) ağciyərli balıqlardır. Bu balıqlar həm qəlsəmələriylə, həm də suyun səthinə çıxmaqla tənəffüs edə bilərlər. Ancaq sahib olduqları ağciyər quruluşunun quruda yaşayan canlıların ağciyərləri ilə heç bir bənzərliyi yoxdur. Bu balığın skelet quruluşu da amfibiyalardan çox fərqlidir. Məsələn, balığın üzgəc quruluşunda ayaqlara dair heç bir iz yoxdur. Təkcə onurğanın deyil, daxili orqanlarının quruluşu da olduqca fərqlidir. Bu səbəblə də bu balıqlar təkamül prosesi keçirərək amfibiyalara çevrilə bilmək üçün çox böyük dəyişikliklər keçirməlidirlər. Məsələn, çanaq sümüyü əmələ gəlməklə yanaşı, qəlsəmələr əsl ağciyərlərə, qulaqlar və gözlər də quru havada işləyə biləcək strukturlara çevrilməlidir.


Təkamülçülər hansı balıq növünü amfibiyaların əcdadı olaraq qəbul edirlərsə etsinlər, bir balıq amfibiyaya çevrilə bilmək üçün çox dəyişikliklər keçirməlidir. Buna görə də iki növün arasında bir çox ara keçid forması olmalıdır; yarı üzgəcli- yarı ayaqlı, yarı qəlsəməli-yarı ağciyərli, yarı böyrəkli və s. qəribə canlılar yaşamalı və bu canlıların sayları milyonlarla olmalıdır. Ancaq, fosil qeydlərində bu cür canlıların birinə belə rast gəlinməmişdir. Bütün dünyada 100 milyondan çox qalığın arasında tam balıqlar, tam amfibiyalar vardır, lakin bu cür ara keçid formaları yoxdur. Bu, təkamülçülərin də qəbul etdiyi və təkamül nəzəriyyəsini yalanlayan bir həqiqətdir.


Məsələn, MİT-dən professor Robert Vesson, amfibiyaların fosil qeydlərində qəfildən ortaya çıxdıqlarını və balıqlardan amfibiyalara keçidin mövcud olduğunu göstərən bir dəlil olmadığını belə açıqlayır:


Bir balığın amfibiyaya çevrilərkən hansı mərhələlərdən keçdiyi məlum deyil. İlk amfibiyalarla bəzi sümüklü üzgəcləri olan müəyyən (rhipidistian) balıqlar arasında oxşarlıqlar var. Ancaq ilk quruda yaşayan heyvanlar, dörd yaxşı ayaq, çiyin və çanaq sümüyü, qabırğa sümükləri, və fərqli baş strukturları ilə ortaya çıxırlar... 320 milyon il əvvəl, bir neçə milyon il ərzində bir qrup amfibiya dəstəsi qeydlərdə qəfildən ortaya çıxır və açıq şəkildə heç biri digərinin əcdadı deyil.


Vessonun da ifadə etdiyi kimi, quruda yaşayan canlılar, fosil qeydlərində 4 möhkəm ayaqları, çiyinləri, qabırğaları və digər quruda yaşayan canlılara məxsus xüsusiyyətləriylə qəfildən ortaya çıxır. Bu canlıların təkamüllü əcdadı olaraq göstərilə biləcək heç bir qalıq yoxdur. Eyni həqiqəti Yale Universitetindən biologiya professoru Keith Stewart Thomson belə ifadə edir:


Balıqlarla tetrapodlar (quruda yaşayan dörd ayaqlı canlılar) arasında hələ də həqiqi ara keçid forma qalıqlarına sahib olmamağımıza baxmayaraq, tetrapodların əcdadı olması lazım olan balıq qrupunun xüsusiyyətləri haqqında olduqca səs-küylü bir şəkildə mübahisə azadlığına sahibik.

 

Amfibiyalardan sürünənlərə

Darvinist iddiaya görə, tısbağa, timsah, kərtənkələ, ilan kimi sürünənlər amfibiyalardan təkamülləşmişlər. Amfibiyalar və sürünənlər bir çox baxımdan çox fərqli xüsusiyyətlərə sahibdirlər. İki canlı qrupu arasındakı ən diqqətə çarpan fərqlərdən biri yumurtalarının quruluşudur. Amfibiyalar yumurtalarını suya buraxdıqları üçün yumurtalar suda inkişaf etməyə uyğun bir quruluşa sahibdirlər. Keçirici və şəffaf pərdələri və jeleyəoxşar quruluşları vardır. Sürünənlərin yumurtalarının quruluşu isə kontinental iqliminə uyğun yaradılmışdır. "Amniotik yumurta" olaraq da məlum olan sürünən yumurtasının sərt qabığı hava keçirər, amma su keçirməz. Bu sayədə balanın ehtiyac duyduğu maye, o yumurtadan çıxana qədər mühafizə olunur.


Əgər amfibiya yumurtaları quruya qoyulsa, qısa müddətdə quruyar və içindəki embrionlar da ölər. Bu vəziyyət sürünənlərin mərhələli şəkildə amfibiyalardan təkamülləşdiklərini irəli sürən təkamül nəzəriyyəsi baxımından izah oluna bilməyən bir problemdir. Çünki qurudakı həyat başlayacaqsa, amfibiya yumurtasının tək bir nəsil ərzində amniotik yumurtaya çevrilməsi zəruridir. Bunun təkamül mexanizmləri olaraq irəli sürülən təbii seleksiya-mutasiya tərəfindən necə reallaşdırılmış ola biləcəyi izah oluna bilmir.


Digər bir tərəfdən fosil qeydləri də sürünənlərin mənşəyinə dair təkamülçü bir izah verməyə imkan vermir. Məşhur təkamülçü paleontoloq Lewis L. Carroll, "Sürünənlərin Mənşəyi Problemi" başlıqlı məqaləsində bu həqiqəti belə qəbul edir:


Çox təəssüf ki, sürünənlərin ortaya çıxmasından əvvəl yaşamış olan tək bir sürünən əcdadı nümunəsi belə yoxdur. Bu ara keçid formaların olmaması amfibiya-sürünən keçidi haqqındakı bir çox problemin həll olmasına imkan vermir.


Onurğalı paleontologiyası mövzusunda nüfuz sahibi olan Robert Carroll isə "ilkin sürünənlərin bütün amfibiyalardan çox fərqli olduqlarını və əcdadlarının hələ də müəyyənləşdirilə bilmədiyini" qəbul etmək məcburiyyətində qalır.31 Eyni həqiqət Stefen Cey Quld tərəfindən də qəbul edilir və Quld: "Heç bir amfibiya qalığı, bütün quruda yaşayan onurğalıların (sürünənlərin, quşların və məməlilərin) əcdadı kimi görünmür" deyir.


İndiyə qədər "sürünənlərin əcdadı" olaraq göstərilməyə çalışılan ən əhəmiyyətli canlı isə, Seymouria adlı amfibiya növü olmuşdur. Halbuki “Seymouria”nın  bir ara keçid forması ola bilməyəcəyi, “Seymourianın yer üzündə ilk dəfə ortaya çıxmasından 30 milyon il əvvəl də sürünənlərin yaşadıqlarının tapılmasıyla ortaya çıxmışdır. Ən qədim Seymouria qalıqları alt perm təbəqəsinə, yəni bundan 280 milyon il əvvələ aiddir. Halbuki məlum olan ən qədim sürünən növləri hylonomuspaleothyris, alt Pensilvaniya təbəqələrində tapılmışdır ki, bu təbəqələr 330-315 milyon il əvvələ aiddir. Bu vəziyyətdə "sürünənlərin əcdadı"nın, təkamülçülərin iddia etdikləri kimi sürünənlərdən xeyli sonra yaşamış olması, əlbəttə ki, qeyri-mümkündür.
Bir sözlə, elmi tapıntılar sürünənlərin yer üzündə təkamül nəzəriyyəsinin irəli sürdüyü kimi mərhələli bir inkişafla deyil, heç bir əcdadları olmadan bir anda ortaya çıxdıqlarını göstərir.

 

 Dəniz sürünənlərinin əsl mənşəyi

Dəniz sürünənləri də, təkamülçülərin mənşəyini açıqlaya bilmədikləri başqa bir canlı qrupudur. İndiki vaxtda yaşayan dəniz tısbağaları bu qrupun bir üzvüdür. Məlum olan ən əhəmiyyətli dəniz sürünəni isə,ichthyosaur olaraq adlandırılan nəsli tükənmiş canlıdır.Təkamülçülər bu canlının quruda yaşayan sürünənlərdən təkamülləşdiyini irəli sürürlər. Ancaq bunun necə reallaşdığını izah edə bilməz və qalıq qeydlərindən dəlil də təqdim edə bilməzlər.
Ichthyosaurların, xüsusilə də okean sahilində və dərin sularda yaşayan növləri olduqca mürəkkəb və özünəməxsus xüsusiyyətlərə malikdir. Təkamülçülər isə quruda yaşayan bir sürünənin təsadüflər nəticəsində sahildə və dərin sularda yaşamağa uyğunlaşdığını irəli sürürlər. Bu, reallaşması qeyri-mümkün bir ssenaridir. Onurğalı tarixi mütəxəssisi Romer, Ichthyosaurun özünəməxsus xüsusiyyətlərinin ortaya çıxması üçün çox uzun müddət lazım olduğunu, buna görə də bu canlıların çox qədim bir mənşəyə sahib olmalarının zəruri olduğunu ifadə edir və sonra da bu canlıların əcdadı olaraq qəbul edilə biləcək heç bir perm dövrü sürünəninin məlum olmadığını qəbul edir. Romerin 60-cı illərdə aşkarladığı bu həqiqət hələ də etibarlılığını qoruyur.


Aprel 2003 tarixli Scientific American” jurnalının xüsusi əlavələr hissəsində dərc olunan "Rulers of the Jurassic Seas" (Yura Dəniz Hökmdarı) başlıqlı yazıda da ichthyosaurların bədənlərinin yalnız sahillərdə deyil, okeanlarda da yaşamaq üçün əlverişli şəkildə olduğu ifadə edilir və bu səbəblə də qurudan dənizə keçmək üçün "həddindən artıq adaptasiyalar" keçirməklə bir çox xüsusiyyətlərini itirmələri və yeni xüsusiyyətlər qazanmalarının lazım olduğu izah edilir Bu isə canlının ortaya çıxmasına qədər çox uzun bir dövr keçməsini və çoxlu sayda ara keçid formasının olmasını tələb edir. Halbuki qalıq qeydlərində ichthyosaurların əcdadları olaraq qəbul edilə biləcək ara keçid formalardan əsər-əlamət yoxdur. Tapılan qalıqlar ya quruda yaşayan sürünənlərə, ya da dənizdə yaşayan sürünənlərə aiddir.


İchthyosaurlar  ilə quruda yaşayan canlıların bəzi xüsusiyyətlərinin müqayisə edilməsi bu iki canlı növü arasında təkamül prosesinin baş verməsinin nə qədər qeyri-mümkün olduğunu görmək baxımından faydalı olacaq:


İchthyosaurları, quruda yaşayan canlılardan fərqləndirən ən diqqətə çarpan xüsusiyyətlərindən biri üzmək üçün istifadə etdikləri palitra bənzəri geniş və yastı ayaqlarıdır. Quruda yaşayan canlılarda bu cür yastı bir ayaq yoxdur. Bir çox sürünənin ön ayaqlarındakı nazik sümüklərin əksinə, ichthyosaurların ön ayaq sümükləri qısa və enlidir. Bundan əlavə, bütün ayaq sümüklərinin forması bir-birinə bənzəyir. Digər dörd ayaqlı canlıların əksəriyyətində biləkdəki sümüklərlə ovuc içi sümüklərini fərqləndirmək olduqca asandır. Daha da əhəmiyyətlisi, ichthyosaurların sümükləri, aralarında dəri olmadan bir-birinə çox yaxın olacaq şəkildə sıxışdırılmışdır və beləcə möhkəm və dözümlü bir lövhə meydana gəlmişdir. Bütün ayaq barmaqlarının tək bir yumşaq toxumayla örtülmüş olması heyvanın ayaqlarının möhkəmliyini artırır. Müasir balinalarda, delfinlərdə, suitlərində və dəniz tısbağalarında da eyni quruluş vardır. Bu cür yumşaq toxumalar həmçinin palitralı ayaqların hidrodinamik səmərəliliyini artırır, çünki su müqavimətini azaldacaq bir formaya sahibdir. Əgər barmaqlar bir-birindən ayrı olsaydı bu baş verə bilməzdi. İchthyosaurların bu özünəməxsus ayaqlarının təkamüllə necə meydana gəldiyi sualı isə cavabsızdır. Nə balıqların üzgəclərindən, nə də quruda yaşayan sürünənlərinin ayaqlarından belə bir ayaq quruluşuna mərhələli keçidin olduğunu göstərən heç bir dəlil yoxdur. Həmçinin, Scientific American” da bu cür bir palitralı ayağa mərhələli və müəyyən bir ardıcıllıqda keçid olmadığını qəbul edir və belə deyir:


Əslində ichthyosaur ayaqlarının analiz nəticələri, barmaqların məhv olduğu, əlavə olunduğu və bölündüyü çox mürəkkəb təkamül müddəti ortaya qoyur.


Göründüyü kimi ichthyosaurların palitralı ayaqlarının saxta təkamüllü tarixi təkamülçülərin gözlədikləri kimi davamlılıq göstərən bir inkişaf göstərmir. Ancaq Scientific American” bütün digər təkamülçülər kimi, bu vəziyyəti görməzdən gəlir və klassik təkamülçü demaqoqluğu ilə oxucuların da həqiqətləri görməmələri üçün belə deyir:


Deməyə ehtiyac yoxdur, təkamül həmişə bir xüsusiyyətdən digərinə daimi və tək bir istiqamətli yol izləməz.


Məhz təkamülçülər "təkamül ümidləri" həqiqətə çevrilmədikdə bu cür şərhlər edərək nəzəriyyələrini xilas etməyə çalışırlar. Halbuki, qalıq qeydlərindən əldə olunan tapıntılar ortada bir təkamül olmadığını açıq şəkildə göstərir.


• Sürünənlərlə ichthyosaurlar arasındakı başqa fərq, bədənlərinin ön tərəfindəki fəqərələrin sayıdır. Sürünənlərin bədənlərinin ön hissəsində yalnız 20 ədəd qədər fəqərə olduğu halda, ichthyosaurlarda 40 ədəd qədər fəqərə vardır. Yəni qondarma təkamül müddətində bu canlılarda baş verən mutasiyaların digər dəyişikliklərlə yanaşı bu canlılara 20 onurğa daha əlavə etmiş olması lazımdır. Yenə, təxmin edilə biləcəyi kimi, fəqərə sayı baxımından da ara keçid forması meydana gətirə biləcək sürünənlərin (məsələn, 25, 30 və ya 35 onurğalı canlıların) qalıqlarından əsər-əlamət yoxdur.


• Okean sahillərində ovlanan heyvanların çox az qida tapa bildikləri üçün enerji baxımından çox səmərəli bir üzmə qabiliyyətinə sahib olmaları lazımdır. Quyruğa bənzər bir üzgəc belə bir üzmə üçün idealdır. Bu cür üzgəclər xizək kimi sürüşər və həmçinin canlının üzmə qabiliyyətini də artırar. İchthyosaurlarda da bu cür bir üzgəc var. Bu üzgəcin ilki hesab oluna biləcək heç bir bioloji quruluşa aid qalıq yoxdur.

 

Göründüyü kimi balıq formalı ichthyosaurlar dərin okean sularında yaşamaq üçün xüsusi olaraq yaradılmış mürəkkəb xüsusiyyətlərə sahibdirlər. Quruda yaşayan canlının bu xüsusiyyətlərə sahib olması üçün bir çox məqsədəuyğun mutasiyaya məruz qalması lazımdır. Halbuki təsadüflər canlının hər bir xüsusiyyətini müəyyən bir mühitə uyğun olacaq şəkildə planlı olaraq dəyişdirə bilməz. Təsadüflər quruda yaşayan bir canlını ayaq barmaqlarından onurğalarına, gözünün quruluşundan üzmə tərzinə qədər necə dəyişdirəcəklərini, dərin sularda yaşaya biləcəyi şəkildə bu canlını necə dizayn etməli olduqlarını bilməzlər. Təsadüflər bunları bacara biləcək şüura və ağla sahib deyil. Necə ki, fosil qeydləri də, bu canlıların mərhələli təsadüfi dəyişikliklərlə deyil, bir anda mürəkkəb və özünəməxsus bədən quruluşlarıyla ortaya çıxdıqlarını göstərir.


Kolber və Morales, Evolution of the Vertebrates” (Onurğalıların Təkamülü) adlı kitablarında bu canlıların mənşəyi haqqında belə deyirlər:
Dəniz məməlilərinin bir çox cəhətdən ən xüsusiləşmiş növü olan ichthyosaur erkən trias dövründə ortaya çıxmışdır. Sürünənlər geologiya tarixinə, ən qəfil və dramatik bir şəkildə daxil olmuşdur; Triasdan əvvəlki dövrlərə aid fosil yataqlarında ichthyosaurların varlığı yaşaması mümkün ola biləcək əcdadlarına aid heç bir iz yoxdur... İchthyosaur əlaqələri haqqındakı ən vacib problem, bu sürünənləri məlum olan başqa hər hansı bir sürünən dəstəsinə bağlaya biləcək heç bir nəticələndirici dəlilin tapıla bilməməsidir.


Onurğalı paleontoloqu Chris McGowan isə ichthyosaurların təkamül keçirmiş heç bir əcdadları olmadan fosil qeydlərində qəfildən meydana çıxdıqlarını belə ifadə edir:


İchthyosaurların göydən düşdüklərini irəli sürdüm. Biabırçı həqiqət budur ki, ichthyosaurların əcdadları hələ də tapıla bilmədi. Bu vəziyyət paleontoloqların fərziyyə meydana gətirmələrinə mane olmadı, sürünən qruplarının əksəriyyəti vaxtaşırı olaraq “ichthyosaur”unəcdadı kimi tanıdıldı.


Təkamülçü McGowanın səmimiyyətlə etiraf etdiyi kimi, dəlil olmaması təkamülçülərin dəniz sürünənlərinin mənşəyi üçün uydurma əcdadlar meydana gətirmələrinə mane olmur. Ancaq təkamülçü fərziyyələr həqiqətləri ört-basdır etmək üçün kifayət deyil. Aydındır ki, bütün digər canlılar kimi dəniz sürünənləri də yaradılmışdır, bu səbəblə də qalıq qeydlərində "atalarına" aid qalıqlar tapıla bilmir.

 

 Məməlilərin əsl mənşəyi

Təkamül nəzəriyyəsinə görə bəzi sürünənlər quşlara, bəziləri də məməlilərə təkamülləşmişdir. Ancaq, məməlilərlə sürünənlər arasında çox böyük fərq vardır. Məsələn, sürünənlər soyuqqanlıdır, sərt qabıqlı yumurtalar yumurtlayaraq çoxalarlar. Bədənləri pulcuqlarla örtülüdür. Bütün sürünənlərin alt çənələrində yeddi sümük var. Qulaqlarında isə bir sümük var. Məməlilər isə istiqanlıdır, bala doğarlar, süd vəzləri və tükləri vardır. Bir alt çənə sümükləri var və hər iki qulaqlarında çəkic, üzəngi və zindan adlanan üç sümük var. Əgər məməlilərin ən mürəkkəb və iç-içə keçmiş sistem və bədən quruluşları mutasiyalar nəticəsində sürünənlərdən təkamülləşmişsə, qalıq qeydlərində bu keçidi göstərən çoxlu sayda qalıq olmalıdır. Məsələn, süd vəzləri tam meydana gəlməmiş, dərisində yarı pulcuqlar-yarı tüklər olan, qıçlarının bir qismi uzanmış, bir qismi hələ də sürünənlərin qıçı kimi daha qısa və bənzəri yarımçıq, tamamlanmamış xüsusiyyətlərə sahib canlıların qalıqlarına yer üzü təbəqələrində mütləq rast gəlməliydik. Ancaq bu cür tək bir qalıq belə yoxdur. Çünki bu cür canlılar tarix boyu heç vaxt yaşamamışdır, çünki yaşasaydılar qalıqları tapılardı.


Həmçinin, atlardan insanlara, dələlərdən fillərə qədər bir çox məməli növü və cinsi vardır. Bu növlərin hamısının sürünənlərdən təkamülləşdikləri iddia edilir. Məməlilərin ortaya çıxmasının isə 100 milyon il davam etdiyi iddia edilir. Buna görə də bu qədər uzun bir müddət ərzində, çoxlu sayda növün meydana gələ bilməsi üçün, milyonlarla ara keçid forması qalığı tapılmalıdır. Ancaq təkamülçülərin tapmağı ümid etdikləri ara keçid formaların birinə belə qalıq qeydlərində rast gəlinməmişdir. Təkamülçülər yalnız therapsida dəstəsinə aid və "məməliyə bənzər sürünənlər" olaraq da məlum olan qrupun qalıqlarını sürünənlərlə məməlilər arasındakı ara keçid forması olaraq göstərirlər. Ancaq saxta ara keçid formalar hissəsində incəlikləriylə araşdırılacağı kimi bu iddiaları əsassızdır.


Məməlilərin əcdadı olaraq göstərilən "məməliyə bənzər sürünənlərin" nəsli tükənmişdir və bu canlılar qalıq qeydlərində qəfildən meydana çıxır və qəfildən yox olurlar.


Məməliyə bənzər sürünənlərin nəsillərinin tükənmiş olması təkamülçülərə bu canlıların qalıqları üzərində istədikləri kimi fərziyyə irəli sürmə imkanı verir. Halbuki, yalnız bir neçə sümüyə baxaraq növlər arasında bir bənzərlik yaratmaq məqbul bir üsul deyil. Bəzi təkamülçülər skeletləri arasında bənzərlik olan canlıların yumşaq toxumalarının da bənzər olduğu yanılmasına qapılırlar. Michael Denton təkamülçülərin bu yanılması haqqında bu şərhi verir:


...Skeletləri baxımından bir-birinə çox yaxın kimi görünən qalıq canlıların əslində bütün bioloji xüsusiyyətləri nəzərə alındığında bir-birinə uzaq olduqları görünür, eynilə plasentalı və kisəli itlərdə olduğu kimi. Bundan əlavə, məməliyə bənzər sürünənlər kimi heç bir nümayəndəsi qalmayan qrupların yumşaq bioloji xüsusiyyətlərinin məlum olan sürünən və ya məməlilərdən tamamilə fərqli olma ehtimalı vardır. Bu isə onların məməli əcdadı olma ehtimallarını tamamilə ortadan qaldırır. Eynilə, canlı selakantın tapılmasıyla yumşaq bədən quruluşundakı gözlənilməyən və rhipidistian qohumlarının ata-baba statuslarına şübhə edilməsinə səbəb olan xüsusiyyətlərin ortaya çıxması kimi.


Məməliyə bənzər sürünənlərin beyinlərinin öyrənilməsi nəticəsində bu canlıların məməli xüsusiyyətlərinə sahib olmadıqları, tamamilə sürünənlərə bənzədikləri nəticəsi əldə edilmişdir. Məməlilər, beyin həcmləriylə bütün sürünənlərdən (və "məməliyə bənzər sürünənlərdən") fərqlənirlər:
...Bənzər faktorlar məməliyə bənzər sürünənlər kimi digər klassik keçid qruplarının da mövqelərini kölgə altına salır. Məməliyə bənzər sürünənlərin anatomiyaları və fiziologiyalarının tamamilə sürünən olma ehtimalını nəzərə almamaq olmaz. Yumşaq bioloji xüsusiyyətləriylə əlaqədar əlimizdəki tək dəlil kəllə daxili quruluşlarıdır. Və bunlar sinir sistemləri baxımından tamamilə sürünən olduqlarını göstərir. Kəllə daxili quruluşlarını araşdırma mövzusunda digər nüfuzlu şəxslərdən daha təcrübəli olan Jerison, məməliyə bənzər sürünənlərin beyinləri haqqında bu şərhi verir: "... Bu heyvanların beyinləri tipik olan çox aşağı onurğalı beynidir...". Kəllə daxili quruluşlarının gözlənilən beyin ölçülərinin həcminə çox yaxın olduğu və bunlar beyin ölçüsündəki maksimum limiti göstərdiyi üçün məməliyə bənzər sürünənlərin məməlilərin beyinlərinə yaxın ölçülərdə beyinləri olması mümkün deyil... Bir sözlə, məməliyə bənzər sürünənlər beyinləri baxımından məməlilərə deyil, sürünənlərə bənzəyir..."
Məməliyə bənzər sürünənlərin beyinlərində məməlilərə bənzər xüsusiyyətlər olmasıyla əlaqədar əslində az sayda iddia var... Önbeyin yeri müəyyənləşdirilə bildiyi dərəcədə, sürünən ölçülərində və formasındadır. Məlum olan ən qədim məməli qalıqlarında isə vəziyyət belə deyil.
Haqqında qaneedici bir dəlili olan ilk məməli (yəni üst yura dövrünə aid olan triconodon) böcək yeyən heyvanlar və ya Virjinya Opossumu (kiçik bir məməli növü) kimi indiki vaxtda yaşayan "ibtidai" məməlilərlə eyni səviyyədə idi. Tamamilə özüylə bənzər böyüklüyə sahib sürünənlərdən daha böyük beyinli idi.


"Məməliyə bənzər sürünənlərə" əslində yalnız çənə, oynaq yerlərinə görə belə bir oxşarlığa əsasən tərif verirlər. Halbuki, tək bir xüsusiyyət belə bir tərif vermək üçün kifayət etməz.


Bu canlıların üzərində aparılan araşdırmalar da bunların məməlilərlə heç bir əlaqəsinin olmadığı istiqamətində nəticə verir. Məsələn, morganucodon 1973-cü ildə London Universiteti Kolleci, zoologiya bölməsindən dr. K. A. Kermak və başqa tədqiqatçılar tərəfindən cynodont, yəni əsl sürünən mərhələsini keçmiş bir ara keçid forması olaraq tanıdılmışdı. Çində və Britaniyanın Uels bölgəsində bir çox morganucodon parçası tapıldı. Bu, təxminən eyni dövrlərdə dünyanın dənizlə bir-birindən ayrılmış iki müxtəlif ucunda, eyni keçid mərhələlərinin yaşandığını göstərirdi ki, bu da qeyri-mümkün idi. Tədqiqatçılar “morganucodon”nun və daha əvvəl yaşamış olan “Kuehneotherium”un çənə sümükləri baxımından tam bir sürünən olduqlarını ifadə etdilər.


Sürünənlərlə məməlilər arasında ara keçid forması olduqları iddia edilən bu canlılar haqqında başqa bir problem isə zamanla əlaqədardır. Bu məməliyə bənzər sürünənlər böyük sürünən dövrünün sonunda deyil, əvvəlində ortaya çıxırlar. Bu isə xəyali təkamül ağacına görə 100 milyon il erkən ortaya çıxdıqları mənasını verir.


Tom Kemp “New Scientist” jurnalındakı "The Reptiles That Became Mammals" (Məməliyə Çevrilən Sürünənlər) başlıqlı təkamülçü yazısında məməliyə bənzər sürünənlərin qalıq qeydlərində qəfildən ortaya çıxdıqlarını belə qəbul edir:


Məməliyə bənzər sürünənlərin hər bir növü qalıq qeydlərində qəfildən ortaya çıxır və özlərindən əvvəl heç bir əcdadları yoxdur. Bir müddət sonra eyni şəkildə qəfildən arxalarında nəsilləri olan bir növ buraxmadan yox olarlar.


Bütün bunlar sürünənlərin məməlilərə təkamülləşdiyi istiqamətindəki fərziyyənin heç bir elmi əsasının olmadığını göstərir. Təkamülçü paleontoloq Roger Lewini, "ilk məməliyə necə keçildiyi hələ də bir sirrdir" demək məcburiyyətində qoyan çıxılmaz vəziyyət davam edir.


Digər bir tərəfdən məməlilərin öz aralarındakı kateqoriyalarının mənşəyi də təkamül nəzəriyyəsi baxımından qaranlıqdır. Təkamülçü zooloq Erik Lombard, “Evolution” (Təkamül) adlı jurnalda belə yazır:


Məməlilər sinfi daxilində təkamüllü qohumluq əlaqələri (filogenetik qohumluqlar) qurmaq üçün məlumat axtaranlar peşman olacaq.


Bir sözlə, məməlilərin mənşəyi digər canlı qruplarında olduğu kimi təkamül nəzəriyyəsiylə heç bir şəkildə uyğunlaşdırıla bilmir.

 

Dəniz məməlilərinin əsl mənşəyi
Balinalar və delfinlər eynilə quruda yaşayan məməlilər kimi doğduqları balalarını əmizdirdikləri, ağciyərlə nəfəs alıb bədənlərini istilətdikləri üçün "dəniz məməliləri" olaraq tanınan canlı qrupunu meydana gətirirlər. Dəniz məməlilərinin mənşəyi isə təkamülçülər tərəfindən açıqlanması ən çətin mövzulardan biridir. Bir çox təkamülçü qaynaqda əcdadları quruda yaşayan dəniz məməlilərinin uzun bir təkamül müddəti nəticəsində dəniz mühitinə keçəcək şəkildə təkamülləşdikləri irəli sürülür. Buna görə də guya əcdadları olan balıqların "sudan quruya keçmə" müddəti yaşadığı fərz edilən dəniz məməliləri, ikinci bir təkamül müddətinin nəticəsi olaraq təkrar su mühitinə qayıtmışdırlar. Halbuki bu nəzəriyyə heç bir paleontoloji dəlilə əsaslanmır və məntiqi baxımdan da ziddiyyətlidir.


Təkamül nəzəriyyəsinin balinaların mənşəyi haqqındakı iddiası bir "qalıqlar silsiləsinə" əsaslanır. Bir sıra canlılar bir-birinin arxasınca düzülür və bunların "balina təkamülünün ara keçid formaları" olduğu irəli sürülür. Bu canlıların yaşadıqları geoloji dövrə görə yerləri təkamülçülərə görə belədir:


Pakicetus (50 milyon il əvvəl > Ambulocetus (49 milyon il əvvəl) > Rodhocetus (46.5 milyon il əvvəl) > Procetus (45 milyon il əvvəl) > Kutchicetus (43-46 milyon il əvvəl) > Dorudon (37 milyon il əvvəl) > Basilosaurus (37 milyon il əvvəl) > Aetiocetus (24-26 milyon il əvvəl)


Bu sxemin bir çox yanıldıcı xüsusiyyəti var. Ancaq əvvəlcə ən vacib olanını açıqlayaq. Sxemdəki ilk iki canlı, yəni pakicetusambulocetus təkamülçülərə görə bir "yeriyən balina"dır, amma həqiqətdə quruda yaşayan bir məməli olan bu canlılara "balina" olaraq tərif vermək tamamilə xəyali, hətta gülməli bir iddiadır.
Əvvəlcə pakicetusa nəzər salaq.
Uzun adı pakicetus inachus olan bu nəsli tükənmiş məməliyə aid qalıqlar ilk dəfə 1983-cü ildə gündəmə gəldi. Qalığı tapan P. D. Gingerich və köməkçiləri, canlının sadəcə kəlləsini tapmalarına baxmayaraq, heç çəkinmədən onun "ibtidai balina" olduğunu iddia etdilər.


Halbuki qalığın "balina" ilə heç bir əlaqəsi yoxdu. Skeleti bildiyimiz canavarlara bənzəyən dörd ayaqlı bir quruluşdaydı. Qalığın tapıldığı yer paslanmış dəmir filizinin də tapıldığı və ilbiz, tısbağa və ya timsah kimi quruda yaşayan canlıların da qalıqlarının olduğu bir bölgə idi; yəni dəniz yatağı deyil, quru parçası idi.
Bəs dörd ayaqlı quruda yaşayan bir canlı olan bu qalıq niyə "ibtidai balina" olaraq elan edilmişdi? Yalnız dişlərindəki və qulaq sümüklərindəki bəzi xüsusiyyətlərdən ötrü! Halbuki bu xüsusiyyətlər pakicetus ilə balinalar arasında bir əlaqə yaratmaq üçün dəlil ola bilməz. Canlılar arasındakı anatomik bənzərliklərə əsaslanaraq qurulmaq istənilən bu kimi nəzəri əlaqələrin əksəriyyətinin olduqca çürük olduğunu təkamülçülər də qəbul edir. Əgər Avstraliyada yaşayan dimdikli məməli olan ördəkburunlar və ördəklər nəsilləri tükənmiş canlılar olsaydılar, təkamülçülər eyni məntiqlə (dimdik bənzərliyinə əsaslanaraq) bunları da bir-birlərinin qohumu olduğunu bəyan edəcəkdilər. Halbuki ördəkburun bir məməli, ördək isə bir quşdur və aralarında təkamül nəzəriyyəsinə görə də bir qohumluq əlaqəsi yaradıla bilməz. Eyni şəkildə təkamülçülərin "yeriyən balina" olduğunu bəyan etdiyi pakicetus da fərqli anatomik xüsusiyyətlərə sahib olan xüsusi bir növdür. Necə ki, onurğalı paleontologiyasının nüfuzlu şəxslərindən Carroll, pakicetusun da daxil edilməsi lazım olan mesonychid ailəsinin "qəribə xarakterlərdən meydana gələn bir birləşmə göstərdiyini" ifadə edir. Bu tip"mozaik canlıların” təkamül prosesi keçirmiş ara keçid forması hesab edilə bilməyəcəyini, Quld kimi aparıcı təkamülçülər də qəbul edir.


Yaradılışı müdafiə edən yazıçı Ashby L. Camp, "The Overselling of Whale Evolution" (Balina Təkamülünün Şişirdilmiş Təbliğatı) başlıqlı məqaləsində pakicetus kimi quruda yaşayan məməlilərin də daxil olduğu mesonychidler sinfinin, qədimi balinaların, yəni nəsli tükənmiş balinaların əcdadı olduğu istiqamətindəki iddianın əsassızlığını belə açıqlayır:


Təkamülçülərin mesonychidlərinqədimi balinalara çevrildiyi mövzusunda özlərindən əmin olmalarının səbəbi, həqiqi nəsil əlaqəsində iştirak edən bir növü müəyyənləşdirə bilməmələrinə baxmayaraq, məlum olan mesonychidlər və qədimi balinalar arasında bəzi bənzərliklərin olmasıdır. Ancaq bu bənzərliklər, xüsusilə də (iki qrup arasındakı) böyük fərqliliklər əsasında bir əcdad əlaqəsi iddia etmək üçün kifayət etmir.
Bu kimi olduqca subyektiv müqayisələr, indiyə qədər bir çox müxtəlif məməli və hətta sürünən qrupunun balinaların əcdadı olaraq irəli sürülməsindən məlumdur.


Xəyali balina təkamülü sxemində pakicetusdan sonra gələn ikinci qalıq canlı, ambulocetus natansdır. İlk dəfə 1994-cü ildə “Science” jurnalında dərc olunan bir məqalə ilə elan olunan bu qalıq da, təkamülçülər tərəfindən zorakı üsulla "balinalaşdırılmaq" istənilən quruda yaşayan bir canlıdır.


Həqiqətdə nə pakicetusun, nə də ambulocetusun balinalarla bir qohumluqları olduğuna dair heç bir dəlil yoxdur. Təkamül sxemində pakicetusambulocetusunda sonra dəniz məməlilərinə keçilir və procetus, rodhocetus kimi qədimi balina (nəsli tükənmiş balina) növləri sıralanır. Qeyd olunan bu canlılar həqiqətən də suda yaşayan nəsli tükənmiş məməlilərdir. Ancaq pakicetusambulocetus ilə bu dəniz məməliləri arasında çox böyük anatomik müxtəlifliklər var. Canlıların qalıqları araşdırıldığında bir-birlərinə bağlanan "ara keçid forma"ların olmadığı açıq şəkildə görünür:


• Dörd ayaqlı quruda yaşayan bir məməli olan ambulocetusda onurğa çanaq sümüyündə bitir və bu sümüyə bağlı olan güclü qıç sümükləri uzanır. Bu quruda yaşayan tipik bir məməli heyvan anatomiyasıdır. Balinalarda isə onurğa quyruğa tərəf uzanır və çanaq sümüyü yoxdur. Necə ki, ambulocetusdan 10 milyon il qədər sonra yaşadığı düşünülən basilosaurus da eynilə bu anatomiyaya sahibdir. Yəni tipik bir balinadır. Quruda yaşayan bir canlı olan ambulocetus ilə bir balina olan basilosaurus arasında isə heç bir "ara keçid forması" yoxdur.


Basilosaurusun və kaşalotun onurğalarının alt hissəsində onurğayla əlaqəsi olmayan kiçik sümüklər vardır. Təkamülçülər bunların "kiçilmiş qıçlar" olduğunu iddia edir. Halbuki bəhs olunan sümüklər basilosaurusda "cütləşmə vəziyyətini almağa kömək edir", kaşalotta isə "çoxalma orqanlarına dəstək verir".49 Onsuz da olduqca əhəmiyyətli bir funksiyanı öz boynuna götürmüş olan skelet parçalarını başqa bir funksiyanın "korlaşmış orqanı" olaraq adlandırmaq, təkamülçü ön mühakimədən başqa bir şey deyil.


Nəticədə dəniz məməlilərinin quruda yaşayan məməlilərlə aralarında bir "ara keçid forması" olmadan, özünəməxsus bədən quruluşlarıyla ortaya çıxdıqları həqiqəti dəyişməmişdir. Ortada bir təkamül zənciri yoxdur. Robert Carroll bu həqiqəti istəmədən və təkamülçü bir dillə də olsa belə qəbul edir: "Birbaşa balinalara uzanan bir mesonychid xəttinə tərif vermək mümkün deyil". Balinalar mövzusunda tanınmış bir mütəxəssis olan rus elm adamıG. A. Mchedlidze də təkamülçü olmasına baxmayaraq, pakicetus, ambulocetus natans və bənzəri dörd ayaqlı guya "balina əcdadı olan namizədlərin"ə bu şəkildə tərif verilməsinə qoşulmur və onlara tamamilə ayrı bir qrup olaraq tərif verir.


Bir sözlə, dəniz məməlilərinin quruda yaşayan canlılardan təkamülləşdiyi istiqamətindəki təkamülçü ssenari əsassızdır. Ssenarinin qalan qismi, yəni dəniz məməlilərinin öz aralarındakı təkamülü iddiası da yenə çıxılmaz vəziyyətdədir. Təkamülçülər elmi təsnifatda archaeocetea (arxaik, yəni qədimi balinalar) olaraq tanınan nəsli tükənmiş xüsusi dəniz məməliləriylə, yaşayan balina və delfinlər arasında bir qohumluq əlaqəsi yaratmağa səy göstərirlər. Halbuki həqiqətdə həmin mövzu üzrə mütəxəssisləşmiş kəslər başqa cür düşünürlər. Təkamülçü paleontoloq Barbara J. Stahl belə yazır:


Bu qədimi balinaların çevik bədənləri və özlərinə xas mişar dişləri, bunların yəqin ki, hər hansı bir müasir balinanın əcdadı ola bilməyəcəyini açıq şəkildə göstərir.


Dəniz məməlilərinin mənşəyi mövzusundakı təkamülçü ssenari molekulyar biologiyanın təsbitləri baxımından da çıxılmaz vəziyyətdədir. Klassik təkamülçü ssenari balinaların iki böyük qrupunun, yəni dişli balinaların (odontoceti) və bığlı balinaların (mysticeti) eyni bir əcdaddan təkamülləşdiyini fərz edir.Amma Brüssel Universitetindən Michel Milinkovitch yeni bir nəzəriyyə ilə bu fikrə qarşı çıxmış, anatomik bənzərliyə əsasən yaradılan sözügedən fərziyyənin molekulyar təsbitlər tərəfindən çürüdüldüyünü belə vurğulamışdır:


Cetaceanların (balinaların) böyük qrupları arasındakı təkamüllü əlaqələr, morfoloji və molekulyar analizlərin çox fərqli nəticələr verməsindən ötrü daha da problemlidir. Morfoloji və davranış təsbitlərinə baxılaraq, edilən ənənəvi şərh ekolokasyona sahib dişli balinaların (təxminən 67 növ) və filtr sistemiylə qidalanan baletli balinaların (10 növ) iki ayrı monofilotik (öz daxilində tək kökdən gələn) qrup olduğunu fərz edir… Digər bir tərəfdən, DNT üzərində aparılan filogenetik (təkamüllü qohumluq) analizləri… Və amin turşularının müqayisəsi… Uzun müddətdir ki, qəbul edilən bu təsnifatla ziddiyyət təşkil edir. Dişli balinaların bir qrupu, yəni kaşalotlar morfoloji baxımdan özlərindən olduqca uzaq olan balen balinalarına digər odontocetlərdən (dişli balinalardan) daha yaxın görünürlər

 

Bir sözlə, dəniz məməliləri daxil edilmək istənildikləri xəyali təkamül sxemlərinin hər birinə sanki üsyan edir.

 

Qurudan dənizə qayıdışın qeyri-mümkünlüyü

“Nature” jurnalının elmi yazıçısı Henry Gee bu əhəmiyyətli həqiqəti bəyan edir: "Qalıqların bir-birindən ayıran interval o qədər böyükdür ki, mümkün ola biləcək ata-nəvə əlaqəsi haqqında qəti bir şey deyilə bilməz".


Dəniz məməlilərinin əcdadı olduğu iddia edilən qalıqlar arasında isə milyonlarla illik nəsil fərqi vardır. Bir insanın ulu anasının kim olduğunu tapa bilməsi əldə yazılı qeydlər olmasına baxmayaraq, çox çətindir və bəzən tapıla da bilməz. Buna görə də ara keçid forma olduqları iddia edilən qalıqların bir-biriylə ata-nəvə əlaqəsinə sahib olduqları, ancaq bir fərziyyə ola bilər.


İkinci olaraq növlər arasında yalnız bəzi bənzərliklərə baxaraq, aralarında ata-nəvə əlaqəsi yaratmağa çalışmaq doğru deyil. Bu gün gördüyümüz fərqli orqanizmlər arasındakı təəccüblü bənzərliklər Darvindən əvvəl də məlum idi və bu bənzərliklər ortaq bir yaradılışın məhsulu olaraq qəbul edilirdi. Buna görə də bu bənzərliklərə baxaraq bunu təkamülün bir dəlili olaraq irəli sürmək elmi bir çıxarış deyil.


Həmçinin təkamülçülər ara keçid forması olduğunu iddia etdikləri canlıların, necə olub da, suya çox yaxşı adaptasiya ola bilmiş bir canlıya çevrildiyini, bunun hansı mexanizmlərlə reallaşdığını açıqlamalıdırlar.


Yalnız "ön ayaqlar üzgəcə çevrildi, arxa ayaqlar yox oldu, bədəndəki tüklər yox oldu və bildiyimiz balinanın dərisinə çevrildi" demək kifayət etməz. Ön ayaqların üzgəcə çevrilə bildiyinə və ya quruda yaşayan canlının sudakı həyata ən yaxşı şəkildə adaptasiya ola biləcəyi şəkildə fizioloji dəyişikliklər keçirərək bədən formasını tamamilə dəyişdirə biləcəyinə dair dövrümüzdəki canlılardan əlimizdə heç bir dəlil yoxdur.


Təbiətdə təkamülçülərin iddia etdikləri çevrilişi reallaşdıra biləcək heç bir mexanizm yoxdur.
Quruda yaşayan canlının dənizdə yaşaya bilmək üçün ehtiyacı olan adaptasiyaları nəzərə aldıqda, belə bir çevrilmə üçün "qeyri-mümkün" sözünün belə qeyri-kafi qaldığı görünür. Baş verdiyi iddia edilən xəyali təkamül prosesi ərzində bu adaptasiyalardan hər hansı birinin əskikliyi belə canlının yaşamasına imkan verməyəcək.

 

Quşların əsl mənşəyi

Təkamülçülərin guya quşların təkamül keçirdiyi ilə əlaqədar fərqli ssenariləri var və bunlara aid heç bir dəlil də yoxdur. Bunların ən məşhur olanına görə, quşlar theropod dinozavrları olaraq tanınan ətyeyən bir dinozavr növündən təkamülləşmişdir. Təkamülçülərin elmi dəlillərlə dəstəkləyə bilmədikləri bu iddia üçün Smitson İnstitutu Təbiət Tarixi Muzeyindən ornitoloq təkamülçü Storrs Olson "dövrümüzün ən böyük yalanlarından biri" ifadəsini bildirir.


Olson, quşların dinozavrlardan təkamülləşdiyini iddia edənləri tənqid edir, ancaq özü də quşların mənşəyinə dair başqa bir təkamüllü şərh gətirə bilmir.
Quruda yaşayan bir canlı uçma qabiliyyəti qazana bilmək üçün bir çox anatomik və fizioloji dəyişiklik keçirməlidir. Təkamül nəzəriyyəsi isə nə bu dəyişmələrin necə reallaşdığını açıqlaya bilir, nə də belə bir dəyişmənin baş verdiyinə dair qalıq qeydlərindən dəlil təqdim edə bilir. Buna görədir ki, "quşlar dinozavrdır" nəzəriyyəsi, təkamül nəzəriyyəsini müdafiə edən bəzi bioloq və paleontoloqlar tərəfindən də qəbul edilmir. Məsələn, dünyanın ən aparıcı ornitoloqlarından (quş alimlərindən) Alan Feduccia (Şimali Karolina Universiteti) və Larry Martin (Kanzas Universiteti), quşların məlum olan hər hansı bir dinozavr qrupundan təkamülləşmiş ola bilməyəcəyi fikrindədirlər. Xüsusilə də Feduccia təkamülə inanmasına baxmayaraq, dinozavrlar və quşlar arasındakı fərqləri vurğulayır, bu fərqlərin çox böyük olduğunu və buna görə də quşların özlərindən əvvəlki dinozavrlardan təkamülləşmiş ola bilməyəcəyini dəlillərlə göstərir.


Quşlarla sürünənlər arasındakı bəzi fərqləri xatırlatmaq təkamül nəzəriyyəsinin niyə quşların təkamülü mövzusunda böyük bir çıxılmaz vəziyyətdə olduğunu göstərmək baxımından faydalı olacaq:


1) Quşların ağciyərləri, sürünənlərdən və digər bütün quruda yaşayan onurğalılardan tamamilə fərqli bir quruluşdadır. Quşlarda quruda yaşayan onurğalıların əksinə, hava ağciyər içində tək istiqamətdə hərəkət edir və beləcə quş daima oksigen alıb karbon qazı buraxa bilir. Quşlara məxsus bu quruluşun quruda yaşayan adi bir onurğalı heyvanın ağciyərindən təkamülləşmiş olması qeyri-mümkündür, çünki ara keçid quruluşa sahib bir canlının nəfəs alması mümkün deyil.
2) Alan Feduccia və Julie Nowicki tərəfindən 2002-ci ildə quşlar və sürünənlərin embrionları arasında aparılan müqayisələr iki canlı qrupunun ayaq quruluşlarının çox böyük fərqlilik göstərdiyini və aralarında təkamüllü bir əlaqə yaradılmasının qeyri-mümkün olduğunu sübut etmişdir.57
3) İki canlı qrupunun kəlləsi arasındakı ən son müqayisələr də eyni nəticəni verir. Andre Elzanowski 1999-cu ildə apardığı bir tədqiqat nəticəsində "theropod dinozavrlarının çənə və damaqlarında quşlarınkı ilə bənzər xüsusiyyətlərin olmadığı" nəticəsinə gəlmişdir. 58
4) Dişlər quşlar ilə sürünənləri bir-birindən ayıran fərqlərdən biridir. Keçmişdə yaşamış bəzi quşların dimdiklərində dişlərinin olduğu məlumdur. Uzun müddət təkamülə bir dəlil kimi göstərilən bu vəziyyətin heç də elə olmadığı, çünki quş dişlərinin çox xüsusi olduğu isə vaxt keçdikcə məlum olmuşdur. Feduccia bu mövzuda belə yazır:
Bəlkə də theropodlarla quşlar arasındakı ən əhəmiyyətli fərq dişin quruluşu və yerləşmə formasıyla əlaqədardır. Xüsusilə də məməli paleontologiyasının əsasını ən çox diş morfologiyasının meydana gətirdiyi qəbul edilsə, quş və theropod dişləri arasındakı böyük fərqlərə niyə daha çox əhəmiyyət verilmədiyi təəccüblüdür. Bir sözlə, quş dişi (arxeopteriks, hesperornis, parahesperornis, ichthyornis, cathayornis və bütün dişli, mezozoy erasına aid quşlarda müşahidə olunduğu kimi) bir-birinə olduqca bənzərdir və theropod dişlərindən çox fərqlidir... Dişin forması, çıxma və yenilənmə forması da daxil olmaqla yanaşı, quşlarla theropod dişləri təməldə heç bir cəhətdən ortaq bir xüsusiyyətə sahib deyil.59
5) Quşlar istiqanlı, sürünənlər isə soyuqqanlı canlılardır. Bu, olduqca fərqli iki müxtəlif metabalozmin olması deməkdir və aradakı çevrilmənin təsadüfi mutasiyalarla baş verməsi mümkün deyil. (Dinozavrların istiqanlı olduqları istiqamətindəki nəzəriyyə isə, bu çətinliyi aradan qaldıra bilmək üçün ortaya atılmışdır. Ancaq hər hansı bir dəlilə əsaslanmayan bu nəzəriyyənin əsassızlığını göstərən bir çox dəlil vardır.60)
6) Sürünənlərin pulcuqları, quşların isə tükləri vardır. Bu tamamilə fərqli iki strukturun bir-birinə təkamülləşməsi isə qeyri-mümkündür.
7) Sürünənlərin sümükləri ağır, qalın və içi doludur. Quşların sümükləri isə daha nazikdir və içləri boşdur. Bu şəkildə daha yüngül olan sümüklər quşların daha rahat uçmalarına imkan verər.


Bunlar quşlarla sürünənlər arasındakı fərqlərdən yalnız bir neçəsidir. Bir sürünən quş xüsusiyyətləri qazana bilmək üçün bir çox mutasiyaya məruz qalmalıdır. Məsələn, sürünənin yalnız ön ayaqlarının qanadlara çevrilə bilməsi üçün sürünən çoxlu sayda mərhələli dəyişikliyə məruz qalmalıdır. Ayağının genetik məlumatına çatan hər mutasiya ayaqda bəzi kiçik dəyişikliklər aparmalı, hər dəfə ayaq bir az daha çox qanad xüsusiyyəti qazanmalıdır. Məsələn, ayaqlarında mərhələli şəkildə tüklər meydana gəlməyə başlamalıdır. Tüklər də yenə mərhələli şəkildə meydana gəlməlidir. Məsələn, əvvəlcə tükün kökü, sonrakı nəsillərdə isə digər xüsusiyyətləri meydana gəlməlidir. Ayaq barmaqları hər nəsildə bir az daha yox olmalı, ayaq getdikcə daha çox qanada bənzəməlidir. Bu çox yavaş, mərhələli dəyişmələr isə qalıq qeydlərində müşahidə edilməlidir. Eyni vəziyyət canlının ağciyərləri, pulcuqlarının tüklərə çevrilməsi, dişlərin quruluşundakı dəyişmələr və digər xüsusiyyətləri üçün də keçərlidir. Mövzumuz ara keçid formaları olduğu üçün, mutasiyaların bu qədər geniş və mərhələli dəyişmələri reallaşdırma xüsusiyyətlərinə sahib olmadığı mövzusuna toxunulmur. Ancaq qısa şəkildə ifadə etmək lazımdırsa, mutasiyalar daim canlılara zərər verər. Həmçinin təsadüfən baş verdikləri üçün bir orqanı mərhələli şəkildə, hər dəfə hədəfə çataraq, başqa bir orqana çevirə biləcək plan və təşkilatlanma qabiliyyətinə və şüura sahib deyil. (Ətraflı məlumat üçün baxın. Harun Yahya, Hayatın Gerçek Kökeni, 2. Baskı, Araştırma Yayıncılık İstanbul, Mart 2003)


Əgər həqiqətən də bir təkamül prosesi baş vermiş olsaydı, onda sürünənlərlə quşlar arasında, əlimizdə təkamül prosesini göstərən milyonlarla ara keçid forması fosili olmalı idi. Ancaq, bu günə qədər tək bir dənə belə yarı sürünən-yarı quş fosili tapıla bilməmişdir. Tapılan qalıqlar ya nəsli tükənmiş quşlara, ya da sürünənlərə aiddir. Mətbuatda tez-tez qarşılaşdığımız dino-quş hekayələri isə, ətraflı şəkildə araşdırılacağı kimi bir göz boyamadan ibarətdir. Bunların heç biri quşların təkamülündəki itmiş halqa olma xüsusiyyətinə sahib deyil.

 

Uçan sürünənlərin quşların əcdadı olduğunu zənn etmə yanılması

Təkamül nəzəriyyəsi haqqında bir tərəfli və qulaqdan eşitmə məlumatlara sahib olan və bu məlumatsızlıqdan ötrü də nəzəriyyənin doğru olduğuna inanan bəzi insanlar uçan sürünənlərin quşların əcdadı olduğunu zənn edir. Ancaq uçan sürünənlər ilə quşlar arasında heç bir əlaqə yoxdur və belə ki, heç bir təkamülçü qabiliyyətli quşların bu canlılardan təkamülləşdiyini irəli sürmür.


Uçan sürünənlər ya da başqa bir sözlə uçan dinozavrlar, elm adamları tərəfindən pterosaur olaraq adlandırılan nəsli tükənmiş bir canlı qrupudur. Bunların mənşəyi təkamül nəzəriyyəsi baxımından böyük bir çıxılmaz vəziyyətdir, çünki qalıq qeydlərində özlərinə məxsus bədən quruluşlarıyla birlikdə qəfildən ortaya çıxırlar. Onurğalı paleontologiyası sahəsində dünyanın ən aparıcı bir neçə adından biri olan Carroll, təkamülçü olmasına baxmayaraq bu mövzuda "trias dövründə ortaya çıxan bütün uçan sürünənlər (pterosaurlar) uçmaq üçün çox xüsusi bir bədən quruluşuna sahibdirlər... Əcdadlarının nə olduğu mövzusunda və uçuşlarının mənşəyinin ilk mərhələləri haqqında isə heç bir tapıntı yoxdur" deyir.


Uçan sürünənlərin qanad quruluşu isə çox qəribədir: Uçan sürünənlərin qanadları üzərində digər sürünənlərin ön ayaqlarında olduğu kimi beş ədəd barmaqları vardır. Ancaq dördüncü barmaq digər barmaqlardan orta hesabla iyirmi dəfə uzundur və qanad da bu barmağın altında uzanır. Əgər uçan sürünənlər quruda yaşayan sürünənlərdən təkamülləşmiş olsaydı, bəhs olunan dördüncü barmaq da yavaş-yavaş, mərhələli şəkildə uzanmış olmalıydı. Amma buna aid heç bir fosil dəlili olmadığı kimi, belə bir uzanmanın təbii seleksiya-mutasiya mexanizmləri ilə açıqlanması da mümkün deyil; çünki ara keçid mərhələləri canlının əllərini funksiyasız hala gətirəcəyi, amma uçmasını da təmin etməyəcəyi üçün faydasız olacaqdır.


Qanad quruluşları tamamilə fərqli olan quşlar ilə uçan sürünənlər arasında təkamüllü bir qohumluq olduğunu xəyal etmək isə böyük bir səhvdir. Bir insan ağcaqanadların və ya bir məməli növü olan yarasaların da qanadlı olmalarına əsaslanaraq bu canlı qrupları və quşlar arasında təkamüllü bir əlaqə irəli sürdükdə nə qədər böyük bir cahillik göstərərsə, uçan sürünənlər ilə quşları əlaqələndirməyə çalışmaq da o cür axmaqlıqdır.

 

Tüklü dinozavr nağılları

Quş tüklərinə sahib dinozavrlar və ya başqa bir adla "dino-quşlar", ötən 10 il ərzində darvinist mətbuatın təbliğat vasitələrindən biri oldu. İnsanları keçmişdə yarı quş-yarı dinozavr canlıların yaşadığına inandırmaq üçün, bir-biri arxasınca qəzet başlıqlarında "dino-quş" xəbərləri dərc olundu, çəkilən yeni sxemlər və "mütəxəssis"lərin etdiyi özünə arxayın şərhlərdən istifadə edildi. Halbuki keçmişdə yarı quş-yarı dinozavr canlıların yaşadığına dair heç bir dəlil yoxdur.


Bu mövzuda fikirlərinə müraciət edilməsi lazım olan əhəmiyyətli bir ad, Şimali Karolina Universitetinin biologiya bölməsindən fəaliyyət göstərən Alan Feducciadır. Dr. Feduccia quşların mənşəyi mövzusunda dünyanın ən aparıcı nüfuzlu şəxslərindən biridir. Ornitologiya (quş elmi) sahəsində ən əhəmiyyətli 5 ad sayılması lazım gəlsə, birinin dr. Feduccia olacağına şübhə yoxdur. Dr. Feduccia təkamül nəzəriyyəsini də qəbul edir, quşların təkamüllə ortaya çıxdıqlarına da inanır. Ancaq onu "dino-quş" tərəfdarlarından və digər bəzi gözübağlı təkamülçülərdən fərqləndirən cəhət, təkamül nəzəriyyəsinin bu mövzudakı anlaşılmazlığı qəbul etməsi və qəsdən davam etdirilən əslində isə heç bir əsası olmayan "dino-quş" bolluğuna etibar etməməsidir.
Alan Feduccianın The American Ornithologists Union (Amerikan Ornitoloqlar Birliyi) tərəfindən nəşr olunan və ornitologiyanın texniki mübahisələrinə zəmin olan “The Auk” jurnalının son buraxılışında qələmə aldığı, oktyabr 2002-ci il tarixli "Birds are Dinosaurs: Simple Answer to a Complex Problem" (Quşlar Dinozavrdır: Mürəkkəb Bir Problemə Sadə Bir Cavab) başlıqlı yazıda çox əhəmiyyətli məlumatlar verilir. Dr. Feduccia John Ostrom tərəfindən 1970-ci illərdə gündəmə gətirilən və o vaxtdan bəri qızğın bir şəkildə müdafiə olunan quşların dinozavrlardan təkamülləşdiyi nəzəriyyəsinin elmi dəlillərdən məhrum olduğunu belə bir təkamülün mümkün olmadığını təfərrütlarıyla birlikdə izah edir.


Bu mövzuda Feduccia tək deyil. Pensilvaniya Universitetindən anatomiya professoru təkamülçü Peter Dodson da, quşların theropod dinozavrlarından təkamülləşdikləri iddiasına şübhə ilə baxdığını açıqlayır.


Feduccia Çində tapıldığı irəli sürülən "dino-quş"lar haqqında isə çox əhəmiyyətli bir həqiqəti açıqlayır: Tüklü dinozavr olaraq irəli sürülən sürünən qalıqlarının üzərində olan "tüklər"in ilkin tüklər olsa belə, quş tükü olduğu dəqiq deyil. Əksinə "dino-fuzz" adlanan bu qalıq izlərinin quş tükləriylə əlaqəsinin olmadığını göstərən bir çox dəlil vardır. Feduccia belə yazır:


İlkin quş tüklərinə sahib olduğu irəli sürülən qalıqların əksəriyyətini araşdırmış kəslər olaraq, mən və digər bir çox mütəxəssis bu strukturların ilkin quş tükləri (protofeathers) olduğuna dair inandırıcı bir dəlil görmürük. Bir çox Çin qalığı, "dino-fuzz" olaraq adlandırılan qəribə bir görünüşə malikdir, amma nə qədər ki, bu material quş tükləriylə bənzər hesab olunsa da, bu istiqamətdəki dəlillər inandırıcılıqdan çox uzaqdır.


Feduccia bu təsbitindən sonra bəzi paleontoloqların bu mövzuda ön mühakiməli davrandıqlarını da belə ifadə edir:
… (Dino-quş nəzəriyyəsini müdafiə edən paleontoloqlara görə) Quşlar dinozavrdır; buna görə də dromaeosaurlar (theropod dinozavrlar) üzərində qorunmuş hər hansı bir sapabənzər quruluş mütləq ilkin quş tükü olmalıdır.


Feducciaya görə bu ön mühakiməni çürüdən səbəblərdən biri, quşlarla arasında heç bir əlaqə yaradıla bilməyəcək qalıqlarda da, bəhs olunan "dino-fuzz" izlərinə rast gəlinməsidir:

 

Ən əhəmiyyətlisi dino-fuzz indi artıq xeyli sayda kateqoriyada kəşf edilir. Bunların bəziləri hələ də açıqlanmamışdır, amma xüsusilə də Çində tapılmış bir pterosaurda (uçan sürünən) və bir therizinosaurda (ətyeyən bir dinozavr qrupu) bunlar tapılmışdır. Ən təəccüblü vəziyyət isə dino-fuzza çox bənzəyən dəri liflərinin yura dövrünə aid bir ichthyosaurda da tapılmış və detallı bir şəkildə təsvir edilmiş olmasıdır. (İchthyosaurlar nəsli tükənmiş dəniz sürünənləridir.) Bəhs olunan canlılardakı şaxələnmiş liflərin bəziləri görünüş baxımından "ilkin quş tükləri" (protofeather) adlanan və (Çinli paleontoloq) Xu tərəfindən təsvir edilən strukturlara çox bənzəyir. Guya "ilkin quş tüklərinin" archosaurlarda (mezozoy erasına aid sürünənlərdə) belə bol şəkildə olması, bunların quş tükləriylə heç bir əlaqəsinin olmadığını öz özlüyündə başına göstərən bir dəlildir.


Feduccia keçmişdə də qalıqların ətrafında bəzi strukturların tapıldığını, ancaq qalığa aid olduğu güman edilən bu strukturların sonradan qeyri-üzvi maddələr olduğunun müəyyənləşdirildiyini xatırladır:


İnsanın ağlına, Solnhofen qalıqlarında tapılan və dendritlər olaraq tanınan kola bənzər izlər gəlir. Bitkiyə bənzər formalarına baxmayaraq, bu strukturların əslində qalıq yataqlarında, çatlardan və ya qalıqların sümüklərindən oksidlənərək sızan manqan məhlulunun təsirindən yaranan qeyri-üzvi strukturlar olduğu artıq məlumdur.


Qaldı ki, "tüklü dinozavrlar" yaşamış olsa belə, bu dinozavr-quş təkamülü iddiasına bir dəlil olmaz. Çünki sözügedən dinozavrlarda mövcud olduğu irəli sürülən "tüklər", bənzərsiz bir yaradılışa sahib olan quş tükləriylə heç bir bənzərlik göstərmir. Quş tükləri olduqca özünəməxsus və mürəkkəb bir quruluşda yaradılmışdır. Həmçinin quş tüklərinin biokimyəvi quruluşu da çox müxtəlifdir. Haqqında danışılan canlılarda isə quş tüklərinə bənzər bir quruluş qətiyyən yoxdur. Konnektikut Universitetində fiziologiya və nevrobiologiya professoru olan A. H. Brusha görə "quş tüklərinin zülal quruluşu digər onurğalıların heç birində müşahidə olunmayan, tamamilə özünəməxsus" bir quruluşdur.


Həmçinin quş tükləri mürəkkəb olduğu üçün belə bir quruluşun təkamülünü göstərən bir çox ara keçid forması tapılmalıdır. Ancaq belə bir ara keçid forması yoxdur. Bu həqiqət “Nature” jurnalında belə etiraf edilir:


Tüklər mürəkkəb strukturlardır. Quş qalığı qeydlərində qəfildən özlərini büruzə vermələrinin açıqlanması çətindir, çünki qalıq qeydlərində heç bir arakeçid quruluşuna rast gəlinməmişdir.


Buna görə də tüklü bir dinozavr tapılsa belə bu heç vaxt quşların dinozavrlardan təkamülləşdiyinə bir dəlil sayılmaz, çünki quş tükləri tamamilə özünəməxsus bir quruluşdadır və başqa bir quruluşdan təkamülləşdiklərini göstərən heç bir dəlil də yoxdur.


Bu mövzuda diqqət çəkici başqa bir məqam isə "tüklü dinozavr" olaraq gündəmə gətirilən qalıqların hamısının Çində tapılmış olmasıdır. Görəsən bu qalıqlar niyə dünyanın başqa heç bir yerində deyil, ancaq Çində tapılır? Həm də Çindəki qalıq yataqları yalnız "dino-fuzz" kimi naməlum bir quruluşu deyil, həmçinin quş tüklərini də olduqca yaxşı bir şəkildə qoruyub saxlaya biləcək bir quruluşa sahibdir? Feduccia da eyni qəribəliyə diqqət çəkir:


Həmçinin, niyə bədənin xarici səthinin gizlənə bildiyi başqa yataqlarda olan başqa theropodların və digər dinozavrların heç bir "dino-fuzz"a sahib olmadıqları, əksinə hər hansı bir quş tükü bənzəri quruluşdan tamamilə məhrum olub, əsl sürünən dərisinə sahib olduqları da açıqlanmalıdır? Və niyə dino-fuzza sahib Çinli dromaeosaur qalıqlarının, normalda gözləniləcəyi şəkildə quş tükü sapları yoxdur (əgər bunlar həqiqətən mövcud olsa) asanlıqla qorunmuş ola biləcəyi halda?


Bəs Çində tapılan bütün bu qondarma "tüklü dinozavrlar" nədir? Sürünənlərlə quşlar arasında ara keçid formaları kimi göstərilən bu varlıqlar əslində hansı canlıdırlar?


Feduccia "tüklü dinozavr" olaraq göstərilən canlıların bir hissəsinin "dino-fuzz" sahibi nəsli tükənmiş sürünənlər, bəzilərinin isə əsl quşlar olduğunu açıqlayır:


Aydındır ki, əslində Çinin Yixian və Jiufotang bölgələrindəki təbaşir dövrünə aid göl yataqlarında iki fərqli qalıq vardır; biri "dino-fuzz" qalıqlarını nümayiş etdirən (belə ki, bunun yaxşı bir nümunəsi guya "tüklü dinozavr"ların ilk nümunəsi olan Sinosauropteryx'tir) -qrupdur. O biri isə həqiqi quş tüklərinə sahib olanlardır (Nature jurnalının üz qabığında göstərilən və tüklü dinozavrlar olaraq təqdim edilən, ancaq sonradan əhəmiyyətsiz, uçmayan quşlar olduğu məlum olan qalıqlar kimi).


Yəni bütün dünyaya "tüklü dinozavr" və ya "dino-quş" olaraq göstərilən qalıqlar, ya toyuqlar kimi uça bilməyən bəzi quşlara, ya da "dino-fuzz" adlanan, ancaq quş tükləriylə əlaqəsi olmayan təbii bir quruluşa sahib olan sürünənlərə aiddir. Ortada quşlar və sürünənlər arasında "ara keçid forma" meydana gətirəcək tək bir qalıq belə yoxdur.

 

Yaş problemi və "kladistik" yanılması
"Dino-quş" bolluğunu qızışdıran bütün təkamülçü qaynaqlarda israrla nəzərə alınmayan, hətta gizlənən çox əhəmiyyətli bir həqiqət vardır: Yanıldıcı bir şəkildə "dino-quş" ya da "tüklü dinozavr" dedikləri qalıqların yaşları 130 milyon ildən çox deyil. Halbuki "yarı quş" olaraq göstərmək istədikləri bu canlılardan ən azı 20 milyon il daha yaşlı olan, əsl bir quş onsuz da vardır: Bu arxeopteriksdir. Məlum olan ən qədim quş olma xüsusiyyəti daşıyan arxeopteriks, qüsursuz uçuş əzələlərinə, uçuş tüklərinə və əsl quş skeletinə sahib bir quşdur. 150 milyon il əvvəl dünya səmasında müvəffəqiyyətli bir şəkildə süzülmüşdür. Vəziyyət belə olduqda arxeopteriksdən xeyli sonrakı tarixlərdə yaşamış canlıların quşların ibtidai əcdadları olaraq göstərilməsi axmaqlıqdır. Ancaq təkamülçülər belə bir axmaqlığı müdafiə etmək üçün bir də "üsul" tapmışlar.


Bu üsulun adı "kladistik"dir. Bu termin son 20-30 ildir ki, paleontologiya sahəsində tez-tez istifadə edilən yeni bir qalıq şərh etmə üsuludur. Kladistik üsulu müdafiə edənlər tapılan qalıqların yaşlarının tamamilə nəzərə alınmamasını, yalnız əldəki qalıqların özünəməxsus xüsusiyyətlərinin bir-biriylə müqayisə edilməsini və bu müqayisə nəticəsində ortaya çıxan bənzərliklərə görə təkamüllü nəsil ağacları yaradılmasını müdafiə edirlər.
Bu fikri müdafiə edən təkamülçü bir internet saytındaqalıq yaşı arxeopteriksdən xeyli gənc olan velociraptorun arxeopteriksin əcdadı hesab edilməsinin niyə "məntiqli" (!) olduğu belə açıqlanır:


İndi bunu soruşa bilərik: Velociraptor, arxeopteriksdən sonra gəlmiş olmasına baxmayaraq,necə onun əcdadı ola bilər?
Çünki qalıq qeydlərindəki boşluqlardan ötrü, qalıqlar hər vaxt "tam vaxtında" ortaya çıxmaz. Məsələn,son təbaşir dövrünə aid olan, Madaqaskarda tapılmış rahonavis adlı yeni bir qalıq quşlarla velociraptor kimi bir sürünən arasında keçid forması kimi dayanır, amma 60 milyon il gec ortaya çıxmışdır. Amma heç kim bunun gec ortaya çıxmasının itmiş halqa olmasına maneçilik törətdiyini demir, çünki çox uzun bir müddət yaşamış ola bilər. Bu kimi nümunələr "xəyali əlaqələr" olaraq adlandırılır; onların mümkün ola biləcək əcdadlarına və mümkün ola biləcək nəvələrinə də sahib olduğumuz təqdirdə, bu heyvanların daha əvvəl də yaşadıqlarını fərz edirik.


Kladistiyi yaxşı və qısa bir şəkildə izah edən bu açıqlama, bu üsulun nə qədər böyük bir təhrif olduğunu da göstərir. Təkamülçülər açıq şəkildə qalıq qeydlərinin nəticələrini öz nəzəriyyələrinin tələblərinə uyğun olaraq təhrif edirlər. 70 milyon illik bir qalığın sahibi olan bir növün əslində 170 milyon il bundan əvvəl də yaşadığını fərz etməyin və buna uyğun təkamüllü bir qohumluq əlaqəsi yaratmağın təhrifdən başqa bir mənası yoxdur.
Pensilvaniya Universitetindən anatomiya professoru Peter Dodson da guya dino-quşların ilk quşlardan sonra tapılmasının bir problem olduğunu və kladistik metoduyla gətirilən həllin "məcburi" bir həll olduğunu ifadə edir:


Mən şəxsən quş bənzəri maniraptoran theropodların quşların mənşəyindən 25-75 milyon il sonra tapılmasını bir problem kimi görməyə davam edirəm... Xəyali əcdadlar əslində məcburi bir həlldir, kladistik metodu tərəfindən zəruri hesab olunan münasib olmayan bir həlldir. Əlbəttə ki, gec təbaşir maniraptoranların quşların həqiqi əcdadları olmadığı, yalnız qardaş sinif olduğu etiraf edilir. Yura dövründə yüksək dərəcədə törəmiş, sürətlə təkamülləşən maniraptoranların quşlara təkamülləşdiyinə və sonra da bu yüksək dərəcədə inkişaf etmiş nəslin təkamüllü bir sabitliyə daxil olduğuna və milyonlarla il ərzində heç dəyişmədən qaldığına inanmamağımızmı gözlənilir?


Kladistik üsul əslində təkamül nəzəriyyəsinin qalıq qeydləri qarşısındakı məğlubiyyətinin gizli bir etirafı və yeni bir ölçüsüdür. Yekunlaşdırmaq lazımdırsa;
1) Darvin, qalıq qeydləri ətraflı şəkildə araşdırıldığında, bildiyimiz növlərin hamısının arasını dolduracaq "ara keçid formalarının" tapılacağını irəli sürmüşdür. Nəzəriyyənin istədiyi budur.
2) Ancaq 150 illik paleontoloji səy, ara keçid formalarını ortaya çıxarmamış, bu canlıların izinə rast gəlinməmişdir. Bu nəzəriyyə üçün böyük bir məğlubiyyətdir.
3) Ara keçid formalar tapıla bilmədiyi kimi, yalnız bənzərliklərindən ötrü bir-birlərinin əcdadı olaraq elan edilə biləcək canlıların yaşları da ziddiyyətlidir. Daha "ibtidai" kimi görünən bir canlı, daha "yetkin" kimi görünən bir canlıdan daha gec ortaya çıxır.
Məhz bu son nöqtə təkamülçüləri kladistik adlanan əsassız üsulu yaratmağa məcbur etmişdir.
Kladistiklə birlikdə darvinizm "elmi tapıntılara əsaslanan bunlardan yola çıxan" bir nəzəriyyə olmadığını, əksinə "elmi tapıntıları təhrif edən, bu tapıntıları öz fərziyyələrinə görə dəyişdirən" bir dini sistem olduğunu açıq şəkildə göstərir.

 

Quş tüklərinin mənşəyi

Tüklər yalnız quşlara xas bir xüsusiyyətdir. Təkamülçülər ən mürəkkəb quruluşdakı tüklərin sürünənlərin pulcuqlarından təkamülləşdiyini irəli sürür. Ancaq qalıq qeydlərində (quşların digər xüsusiyyətləri kimi) tüklərin də mərhələli şəkildə təkamülləşdiklərini göstərən heç bir ara keçid forması yoxdur. Qalıq qeydlərində sürünənlərin pulcuqları, quş tükləri, dəri və ya məməli tükləri vardır, ancaq quş tüklərinə mərhələli bir keçid olduğunu göstərən, qismən pulcuqlu qismən də tüklü strukturlara heç bir canlıda rast gəlinməmişdir.


Bəzi təkamülçülər quşların sümüklərinin içinin boş olduğu üçün yaxşı qalıq buraxmadıqlarını irəli sürürlər. Halbuki bu qətiyyən doğru deyil. Xüsusilə də müəyyən şərtlərdə məsələn, göllərin ətrafında, daxili bölgələrdəki su mühitlərində və dəniz bölgələrində quşlar və tükləri çox yaxşı qalıq buraxırlar. Nəticə etibarilə quş qalıqlarına çox sıx rast gəlinir.


Qalıq qeydlərində yarı tük-yarı pulcuq və ya yarı dəri-yarı tük strukturlar tapılmadığı kimi, dövrümüzdəki tüklərdən daha az tükü olan heç bir quruluşa rast gəlinməmişdir. Qədim quşlar üzərində mütəxəssis olan Kanzas Universitetindən Larry Martin və Blandinq Dinozavr muzeyinin müdiri S. A. Czerkas, “American Zoology” jurnalındakı məqalələrində "məlum olan ən qədim tüklər... forma və mikroskopik incəlik baxımından onsuz da müasirdir" deyirlər.


Məsələn, arxeopteriks məlum olan ən qədim quşdur və dövrümüzdəki quşlardan fərqlənən özünəməxsus bir quruluşa sahib olmasına baxmayaraq, mükəmməl, tamamilə dövrümüzdəki quş tükləriylə bənzər tüklərə sahibdir.


Arxeopteriksin mükəmməl şəkildə qorunmuş və 150 milyon yaş verilən tüklərinin analizi nəticəsində hər detalının dövrümüzdəki quş tükləriylə eyni olduğu nəticəsinə gəlinmişdir. Hələ 1910-cu ildə tanınmış ornitoloq və təbiət tarixi yazıçısı W. P. Pycraft, arxeopteriks tükünün indiki vaxtda məlum olan tam inkişaf etmiş quş tüklərindən heç bir baxımdan fərqli olmadığını ifadə etmişdi. Və o tarixdən dövrümüzə qədər əldə edilən zəngin qalıq qaynağı bu həqiqəti dəyişdirməmişdir. Bunlarla yanaşı indiki vaxtda dinozavrların dəriləriylə əlaqədar bir çox təsbit var. Bunların qiymətləndirilməsiylə əldə edilən nəticəyə görə, dinozavr dəriləri "tüklü dərilərin ilki olma xüsusiyyətini daşımır".


Təkamülçülərin quş tüklərinin necə təkamülləşdiyi haqqındakı iddiaları "bir-biriylə ziddiyyət təşkil edən nəzəriyyələr" meydana gətirmişdir. Təkamüllə əlaqədar keçmiş dərsliklərdə xəyali quş tükü ara keçid formalarından danışılır və bunların yaxın vaxtlarda qalıq qeydlərində tapılacağı irəli sürülür. Ancaq bu günə qədər bu ümid olunan ara keçid formalarının heç biri tapılmamışdır. Bir çox təkamülçü yenə də quş tüklərinin sürünənlərin pulcuqlarından təkamülləşdiyini iddia etməyə davam edir. Bu iddialarına görə sürünənlərin pulcuqları mərhələli şəkildə uzanmış, saçaqlanmış və vaxt ərzində quşun uçmasını daha da asanlaşdıracaq şəkildə quşu daşımağa əlverişli hala gəlmişdir. Ancaq bunlar heç bir elmi dəlilə əsaslanmayan, tamamilə xəyal gücünə əsaslanan fərziyyələrdir.


Həqiqətdə quş tükləriylə sürünənlərin pulcuqları arasında böyük morfoloji müxtəlifliklər olduğu üçün aralarında çoxlu sayda ara keçid forması olmalıdır. Ancaq qalıq qeydlərində belə bir quruluşa aid qalıqlar yoxdur.

 

Kəhrəba içindəki quş tükləri

Ən qədim quş tüklərindən biri, təbaşir dövrünə (144-65 milyon il bundan əvvəl, mezozoy erasının sonu) aid bir kəhrəbanın içində tapıldı. Tük sapı və nazik tükləri tamamilə qorunmuşdu və hətta bu tükün hansı növ quşa aid olduğu da aydın olurdu. Yaşı 165 milyon il əvvələ qədər gedib çıxan quş tüklərinin olmasına baxmayaraq, qalıq qeydlərində quş tüklərinin uydurma təkamülünə dair bir dəlil belə yoxdur. Kolumbiya Universiteti bioloqunun ifadəsiylə "sürünənlərin pulcuqlarıyla ilkin quş tükü arasındakı bütün ara keçid qalıqlarının heç birinə sahib deyilik". Qalıq qeydlərində çox sayda quş qalığı var və hamısının da mükəmməl tükləri var.Bu səbəblə də quş tüklərinin mənşəyi darvinistlərə məlum deyil.