Ara keçid çıxılmaz vəziyyəti

Qədim Yunanistandan dövrümüzə qədər materialistlər tərəfindən həyatın mənşəyini izah etmək üçün istifadə edilən təkamül düşüncəsi, elm aləminə 19-cu əsrdə Çarlz Darvinin “Növlərin Mənşəyi” adlı kitabı ilə daxil oldu. 19-cu əsrdə xeyli inkişaf edən materialist fəlsəfəni müdafiə edənlər, canlıların necə ortaya çıxdığı sualına cavab olaraq təkamül nəzəriyyəsinə yiyələndilər, ancaq bu nəzəriyyənin elmi əsaslarını araşdırmadılar. Darvin də kitabında bəzi bioloji faktlardan çıxarışlar etməkdən başqa, nəzəriyyəsini sübut edən qəti bir elmi dəlil təqdim etmirdi; dəlillərin tapılmasını isə zamana buraxmışdı. Xüsusilə də nəzəriyyəsini dəstəkləyəcəyinə ümid etdiyi fosillərin gələcəkdə aşkar ediləcəyini irəli sürmüşdü.


Canlıları Allahın yaratdığı həqiqətini inkar edənlərin elmi zəifliyinə baxmayaraq, dörd əllə yapışdıqları təkamül nəzəriyyəsi qısa müddətdə elm aləminə hakim oldu. Elmi jurnallardan məktəb dərsliklərinə qədər təkamül nəzəriyyəsi elmi olaraq sübut edilmiş və həyatın mənşəyinə dair tək etibarlı şərh kimi insanlara izah edildi. Nəzəriyyənin səhvlərini və məntiqsizliklərini göstərən elm adamlarını isə, ya akademik kariyeralarına istiqamətli təhdidlərlə susdurdular, ya da "doqmatik" və ya "elmə zidd" olan şeylər dedikləriylə günahlandıraraq zərərsizləşdirməyə çalışdılar. Materialist ideologiyaların müdafiəçiləri 150 il ərzində təkamül nəzəriyyəsini əllərində heç bir dəlil olmadan, təbliğat metodlarıyla kütlələrə təlqin etdilər.


Ancaq 20-ci əsrin ikinci yarısından etibarən təkamül nəzəriyyəsinin elm aləmində tutduğu yer tərpənməyə başladı. Paleontologiyadan biologiyaya, anatomiyadan genetika elminə qədər bir çox elm sahəsində aparılan müşahidə və təcrübələr təkamül nəzəriyyəsinin əleyhində nəticə verməyə başladı. Təkamülçülər bir anda özlərini və nəzəriyyələrini yeni elmi tapıntılara qarşı müdafiə edən vəziyyətdə gördülər. 21-ci əsrə qədəm qoyduqda təkamül nəzəriyyəsi bütün dünyada çox müzakirə olunan, etibarını böyük dərəcədə itirdi, hər an çökməsi gözlənilən bir nəzəriyyə halına gəldi. “Nature”, “Science”, “New Scientist”, “Scientific American” kimi dünya səviyyəsində məşhur olan elm jurnalları da, sətir aralarında təkamül nəzəriyyəsi ilə əlaqədar şübhə və problemləri daha sıx dilə gətirdilər.


Bəs təkamül nəzəriyyəsinin bir anda sürətlə çökməsinə səbəb olan tapıntılar hansılar idi? Bunları üç əsas başlıq altında cəmləşdirmək mümkündür:
1. Bioloqlar canlıların ən mürəkkəb quruluşlardan meydana gəldiyini kəşf etdilər. Zülalların, DNT və hüceyrənin sadələşdirilə bilməz mürəkkəbliyə sahib olduğu, təkamül nəzəriyyəsinin iddia etdiyi kimi təsadüfən meydana gəlmələrinin qeyri-mümkün olduğu aydın oldu. Bu qeyri-mümkünlüklər riyazi olaraq da hesablandı.
2. Təkamülün mexanizmləri olaraq irəli sürülən təbii seleksiya və mutasiyaların canlıları təkamülləşdirici gücləri olmadığı aydın oldu. Təbii seleksiya canlılara yeni bir genetik məlumat əlavə etmir, mutasiyalar isə ancaq genetik məlumatı korlayırdılar.
3. Fosil qeydlərində təkamülçülərin tapmağı ümid etdikləri növlərin bir-birlərindən təkamül prosesindən keçərək meydana gəldiklərinin dəlili hesab olunacaq "ara keçid formalarına" rast gəlinmədi. Canlı növləri fosil qeydlərində qəfildən və özlərinə məxsus əskiksiz quruluşlarıyla ortaya çıxır və fosil qeydlərindən itənə qədər heç bir dəyişikliyə məruz qalmırdılar.


Bu saytın mövzusu, təkamül nəzəriyyəsini çökdürən yuxarıdakı elmi tapıntılardan üçüncüsü, yəni fosil qeydləridir.
Kitabı oxumağa keçmədən əvvəl bunu xatırlatmaq lazımdır ki, "ara keçid formalarının" fosil qeydlərində olmaması təkamül nəzəriyyəsinin çökməsi üçün kifayətdir. Nəzəriyyənin banisi Darvin də bu həqiqəti qəbul etmiş və kitabında ara keçid formalarının niyə olmadığı barədə suallara yer verdikdən sonra, "bəlkə də bu mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq" demişdir.

 

Həqiqətən də bu gün, Darvinin təkamül nəzəriyyəsinə qarşı ən böyük etirazlardan biri fosil qeydləri ilə əlaqədardır. Təkamülçülər belə tapılan fosillərin şərh olunması haqqında öz aralarında böyük bir ixtilaf içindədirlər. Həyatın tarixinə dair elmi məlumat əldə edə biləcəyimiz əhəmiyyətli bir mənbə olan fosillər, çox açıq şəkildə təkamül nəzəriyyəsini rədd edir, canlıların yer üzündə qəfildən, heç bir təkamül prosesindən keçmədən ortaya çıxdığını, yəni yaradıldığını göstərir.