Heç vaxt olmayan ara keçid formaları

Əgər dünyamızda həqiqətən də bir təkamül prosesi baş vermiş, yəni canlı növləri tək bir ortaq atadan mərhələli şəkildə törəmiş olsaydılar, bunun dəlillərini ən açıq şəkildə fosil qeydlərində görə bilərdik. Məşhur fransız zooloq Pierre Grassé bu mövzuda bunları deyir:


Təbiətşünas alimlər unutmamalıdır ki, təkamül müddəti yalnız fosil qeydləri vasitəsilə ortaya çıxar… Yalnız paleontologiya (fosil elmi) təkamül mövzusunda dəlil meydana gətirə bilər və təkamülün inkişafını və mexanizmlərini göstərə bilər.


Bunun səbəbini başa düşmək üçün təkamül nəzəriyyəsinin təməl iddiasını qısa şəkildə nəzərdən keçirməliyik:
Təkamül nəzəriyyəsinə görə bütün canlılar bir-birindən törəyiblər; əvvəlcədən təsadüfən yaranan bir canlı növü, vaxt keçdikcə başqa bir canlıya çevrilmiş və bütün növlər bu şəkildə meydana gəlmişdir. Bu elmə zidd iddiaya görə bitkilər, heyvanlar, göbələklər, bakteriyalar həmişə eyni nəsildən meydana gəliblər. Heyvanların 100-ə yaxın fərqli sinfi (yəni, molyuskalar, buğumayaqlılar, soxulcanlar, süngərlər kimi əsas kateqoriyaları) həmişə ortaq bir atadan törəmişdir. Bir-birinə calanmış halqalardan ibarət, böcəklər, hörümçəklər, xərçəngkimilər, çox ayaqlılar və s. hissələrə ayrılan heyvan sinifləri,) tək bir ortaq atadan törəmişdir. Nəzəriyyəyə əsasən bu kimi onurğasız canlılar vaxt keçdikcə (və təsadüfən) onurğa qazanaraq balıqlara, balıqlar amfibiyalara, onlar sürünənlərə, sürünənlərin bir qismi quşlara, bir qismi isə məməlilərə çevrilmişdir. Nəzəriyyəyə əsasən bu çevrilmə yüz milyonlarla illik uzun bir dövrü əhatə etmiş və mərhələli şəkildə baş vermişdir. Bu vəziyyətdə iddia edilən uzun çevrilmə müddəti ərzində çoxsaylı "ara növ" meydana gəlməli və yaşamalıdır.


Yeri gəlmişkən hələ də keçmişdə balıq xüsusiyyətlərini daşımalarına baxmayaraq, bir tərəfdən də bəzi amfibiya xüsusiyyətləri qazanmış olan yarı balıq-yarı amfibiya canlılar yaşamış olmalıdır. Ya da sürünən xüsusiyyətlərini daşımaqla yanaşı, bir tərəfdən də bəzi quş xüsusiyyətləri qazanmış sürünən quşlar meydana gəlmiş olmalıdır. Bunlar bir keçid müddətində olduqları üçün şikəst, əskik, qüsurlu canlılar olmalıdır. Məsələn, bir sürünənin ön ayaqları hər nəsildə bir az daha çox quş qanadına bənzəməlidir. Yüzlərlə nəsil ərzində bu növün nə tam ön ayaqları, nə də tam qanadları olacaq, yəni bu canlı şikəst və qüsurlu olaraq yaşayacaq. Təkamülçülərin keçmişdə yaşadıqlarına inandıqları bu nəzəri canlılara "ara keçid forması" adı verilir.
Əgər həqiqətən də keçmişdə bu cür canlılar yaşamışdırsa, bunların sayları və növləri milyonlarla, hətta milyardlarla olmalı, qalıqlarına da dünyanın dörd bir tərəfində rast gəlinməliydi. Bu həqiqəti Darvin də qəbul etmiş və niyə bir çox ara keçid forması olmasının lazım olduğunu belə izah etmişdi:


Yaşayan bütün növlər, hər cinsdə olan ata-baba növləriylə bu gün yaşayan növlərin əhliləşdirilmiş və vəhşi variasiyaları arasındakı fərqdən daha böyük olmayan fərqlərlə əlaqəli olmalıdırlar.


Darvinin nəzərdə tutduğu budur: İndiki vaxtda yaşayan bir canlı növünün variasiyaları (məsələn, cins bir it ilə bir küçə iti) arasında nə qədər az fərq varsa, "təkamül müddəti" ərzində bir-birinin arxasınca gəldiyi iddia edilən "ata" və "nəvə"lər arasında da o qədər az fərq olmalıdır.


Buna görə də Darvinin də ifadə etdiyi kimi, əgər həqiqətən də təkamül prosesi baş vermiş olsaydı, "çox kiçik pilləli dəyişikliklərlə" baş verəcəkdi. Mutasiyaya məruz qalan bir canlıdakı dəyişiklik çox cüzi olacaqdı. Ayaqların qanadlara, qəlsəmələrin ağciyərlərə, üzgəclərin ayaqlara çevrilməsi kimi böyük dəyişikliklərin baş verə bilməsi üçün, milyonlarla kiçik dəyişikliyin yenə də milyonlarla il ərzində baş verməsi lazım gələcəkdi. Bu müddət isə, milyonlarla ara keçid formasının meydana gəlməsinə səbəb olacaqdı. Darvin bu şərhindən sonra bu nəticəyə gəlmişdir:


Yaşayan və ya nəsli tükənmiş bütün növlər arasındakı ara və keçid əlaqələrinin sayı inanılmaz dərəcədə böyük olmalıdır.


Darvin kitabının başqa hissələrində də eyni həqiqəti dilə gətirmişdir:


Əgər nəzəriyyəm doğrudursa, növləri bir-birinə bağlayan çoxsaylı ara keçid növləri mütləq yaşamış olmalıdır... Bunların yaşadıqlarının dəlilləri də yalnız fosillər arasında tapıla bilər.


Ancaq bu sətirləri yazan Darvin bu ara keçid formaların fosillərinin qətiyyən tapıla bilmədiyini də görürdü. Bunun nəzəriyyəsini böyük bir çıxılmaz vəziyyətdə qoyduğunu da görürdü. Buna görə də “Növlərin Mənşəyi” kitabının "Nəzəriyyənin Çətinlikləri" (Difficulties on Theory) adlı hissəsində belə yazmışdı:


Əgər həqiqətən də növlər o biri növlərdən cüzi inkişaflarla törəmişdirsə, niyə çoxsaylı ara keçid formasına rast gəlmirik? Niyə bütün təbiət bir qarışıqlıq halında deyil, əksinə tam olaraq müəyyənləşdirilmiş və yerli yerindədir? Çoxsaylı ara keçid forması olmalıdır, lakin niyə yer üzünün sayıla bilməyəcək qədər çox təbəqəsində basdırılmış vəziyyətdə tapa bilmirik... Nə üçün hər geoloji quruluş və hər təbəqə belə əlaqələrlə dolu deyil? Geologiya yaxşı dərəcələndirilmiş bir müddət ortaya çıxarmır və bəlkə də bu mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq.


Darvinin bu böyük bir çıxılmaz vəziyyət qarşısında irəli sürdüyü tək şərh isə, o dövrdəki fosil qeydlərinin qeyri-kafi olduğu idi. Fosil qeydləri ətraflı şəkildə araşdırıldığında, itmiş keçid formaların mütləq tapılacağını iddia etmişdi.


Ancaq 150 ildir ki, aparılan fosil tədqiqatları Darvinin və davamçılarının boş-boşuna ümid etdiklərini göstərmiş və tək bir ara keçid formasına aid fosil belə tapıla bilməmişdir. İndiki vaxtda dünyanın hər yerində minlərlə muzeydə və kolleksiyada 100 milyondan çox fosil var. Bu fosillərin hamısı bir-birlərindən dəqiq xəttlərlə ayrılan xüsusi bədən quruluşlarına sahib növlərə aiddir. Təkamülçülərin ümidlə axtardıqları yarı balıq-yarı amfibiya, yarı dinozavr-yarı quş, yarı meymun-yarı insan və bənzəri canlıların fosillərinə əsla rast gəlinməmişdir.


Con Hopkins Universitetindən professor S. M. Stenli təkamülçü olmasına baxmayaraq, bu həqiqəti belə etiraf edir:


Məlum olan fosil qeydləri pilləli təkamüllə uyğun gəlmir və heç vaxt da uyğun gəlməmişdir... Paleontoloqların əksəriyyəti dəlillərinin, Darvinin bir növün dəyişməsiylə nəticələnən çox kiçik, yavaş və getdikcə üst-üstə yığılan dəyişikliklər haqqında etdiyi çıxışla ziddiyyət təşkil etdiyini hiss etmişdir... Onların hekayələri də ört-basdır edilmişdir.


Amerikan Təbiət Tarixi Muzeyindən paleontoloq Niles Eldredge və antropoloq İan Tattersall isə fosil qeydlərinin təkamül nəzəriyyəsinə qarşı çıxdığını belə qeyd edirlər:


Qeydlərdəki sıçrayışlar və bütün dəlillər qeydlərin həqiqi olduğunu göstərir: Gördüyümüz boşluqlar süni bir fosil qeydinin quruluşunu deyil, həyatın tarixindəki həqiqi hadisələri əks etdirir.


Bu təkamülçü elm adamlarının da ifadə etdikləri kimi həyatın həqiqi tarixini fosil qeydlərində görmək mümkündür və bu tarixdə ara keçid formaları yoxdur.


Başqa elm adamları da ara keçid formalarının tapılmadığını qəbul edirlər. Məsələn, İndiana Molekulyar Biologiya İnstitutunun Müdiri Rudolf A. Raff və İndiana Universitetindən tədqiqatçı Tomas C. Kaufman belə deyir:
Fosil növləri arasında ataların ya da ara keçid formalarının olmaması, erkən metazoan (çox hüceyrəli heyvan) tarixinin qəribə bir xüsusiyyəti deyil. Bu boşluqlar ümumidir və bütün fosil qeydləri boyunca hakimdir.

 

Fosil qeydlərində milyardlarla il əvvəl yaşamış bakteriyaların qalıqları belə qorunmuşdur. Buna baxmayaraq, xəyali ara keçid formalarına aid tək bir fosilin belə tapılmaması diqqət çəkicidir. Qarışqalardan bakteriyalara, quşlardan çiçəkli bitkilərə qədər bir çox canlı növünün fosilləri mövcuddur. Nəsli tükənmiş canlıların belə fosilləri o qədər qüsursuzca qorunmuşdur ki, indiki vaxtda görmədiyimiz bu canlıların necə bir quruluşa sahib olduqlarını başa düşməyimiz mümkündür. Bu qədər zəngin fosil ehtiyatlarının arasında bir dənə belə ara keçid formasının tapılmaması isə, fosil qeydlərinin əskikliyini deyil, təkamül nəzəriyyəsinin əsassızlığını göstərir.