İnsanın əsl mənşəyi

İnsanın mənşəyi təkamülçülər üçün ən çox problem təşkil edən mövzulardan biridir. Skelet quruluşu, iki ayaqlı olması, əllərindən istifadə etməsi, beyni, kəlləsi və daha bir çox fizioloji və anatomik xüsusiyyətləriylə yanaşı insan ağlı və şüuruyla digər canlılardan çox fərqlənir. İnsanların meymunlarla eyni bir xəyali əcdaddan təkamülləşdiyini iddia edən təkamülçülər, bunun üçün lazım olan böyük dəyişmələrin təsadüfi mutasiyalarla necə reallaşdığını açıqlamalı və hər bir xüsusiyyətin mərhələli şəkildə inkişafını qalıq qeydlərində göstərməlidirlər. Ancaq təkamülçülərin əlində insanın qondarma təkamülünü sübut edə biləcəkləri tək bir qalıq belə yoxdur. Bioloq və riyaziyyatçı Marcel-Paul Schutzenberger, təkamül nəzəriyyəsinin insanın mənşəyini şərh etmə mövzusundakı problemlərindən bəzilərini belə yekunlaşdırır:


Həm mərhələli, həm də sıçrayışlı təkamülü müdafiə edənlər insanları digər meymunlardan fərqləndirən bioloji sistemlərin guya eyni anda ortaya çıxmasına inandırıcı bir şərh gətirməkdən məhrumdurlar. Bu bioloji sistemlər arasında; iki ayaqlılıq, bunun normal nəticəsi olaraq çanaq sümüyünün dəyişməsi və mütləq beyincik, daha qabiliyyətli bir əl, toxunma hissinin daha çox olduğu barmaq ucları; səs üçün lazım olan qırtlaqdakı dəyişiklik; sinir sistemində, xüsusilə də səsin tanınmasını təmin edən gicgah nahiyələrində dəyişiklik sayıla bilər. Embriyogenetik baxımından bu anatomik sistemlər bir-birlərindən tamamilə fərqlidirlər. Hər dəyişiklik bir qabiliyyətdir... Bu qabiliyyətlərin eyni anda ortaya çıxma zəruriliyi çox təəccüblüdür. Bəzi bioloqlar bunun xromosomun bir qabiliyyəti olduğunu irəli sürürlər. Hər hansı biri bu qabiliyyətin həqiqətən mövcud olduğunu fərz edərək onu yenidən tapa bilərmi? İlk balıqda bu qabiliyyət vardımı? Həqiqət budur ki,biz konseptual bir iflasla üz-üzəyik.


Təkamülçülər bir tərəfdən insanın guya təkamülü mövzusundakı çarəsizliklərini gizlətmək, digər bir tərəfdən də özlərini ovundurmaq üçün keçmişdə yaşamış və nəsli tükənmiş bəzi meymun növlərinin və insan irqlərinin qalıqlarını xəyali bir ardıcıllıq əsasında yan-yana düzürlər. Bu qalıqların heç biri meymunabənzər canlılardan insana doğru bir təkamül prosesinin baş verdiyini göstərmir. Bu qalıqların xəyali maketləri, şəkilləri və təkamülçülərin tərəfli şərhləriylə insanın təkamülü nəzəriyyəsinə guya elmi bir görünüş və etibarlılıq qazandırılmağa çalışılır.


“Nature” jurnalının redaktoru Henry Gee, “Nature” jurnalının 12 İyul 2001-ci il tarixli buraxılışında dərc olunan məqaləsində təkamülçülər tərəfindən insanın əcdadı olduğu iddia edilən hominid (insanabənzər) qalıqların sadədən mürəkkəbə doğru bir ardıcıllığa sahib olmadığını, əksinə qeydlərdə bu qalıqların bir anda ortaya çıxdığını ifadə edir. Məqalədə təkamül nəzəriyyəsinin 150 ildir ki, ümid edilən dəlili olan "ara keçid formaların" mövcud olmadığı, fərqli növlərin həmişə qəfildən ortaya çıxdığı belə bir bənzətməylə açıqlanır:


Hominid qalıqlarının kəşfi, sərnişin avtobuslarına bənzəyir. Bir müddət heç biri olmadığı halda,eyni anda 3-ü birdən ortaya çıxır.


Gee, “In Search of Deep Time” (Zamanın Başlanğıcını Axtararkən) adlı kitabında isə insanın sözdə təkamülü sxeminin (aşağıda) ata-nəvə əlaqələri haqqında heç bir məlumat vermədiyini, "itmiş halqa" olmadığını və insana doğru mərhələli şəkildə bir inkişaf müşahidə olunmadığını, sxemdəki canlıların müxtəlif yerlərdən ortaya çıxdıqlarını ifadə edir.


Gee, "insanın təkamülü ilə əlaqədar qalıq dəlilləri parça-parça olub müxtəlif şərhlərə açıqdır. Şimpanzelərin təkamülü ilə əlaqədar qalıq qeydləri isə tamamilə əskikdir" deyərək, insanın guya təkamülü ilə əlaqədar dəlillərin yoxluğunu yenidən vurğulayır.


Təkcə Henry Gee bu cür etiraflar etmir. Corc Vaşinqton Universitetindən professor Bernard Wood da, “Nature” jurnalındakı bir məqaləsində insanın təkamüllü mənşəyi ilə əlaqədar taksonomik və filogenetik əlaqələrin naməlum olduğunu belə ifadə edir:


Bizim öz cinsimizin (genus), yəni homonun məlum olan ən qədimnümayəndələrinin taksonomiyasının (təsnifatının) və filogenetik (təkamüllü qohumluq) əlaqələrinin naməlum olması diqqət çəkici bir vəziyyətdir. Mütləq tarixləndirmə metodlarındakı inkişaflar və qalıqların yenidən şərh olunması, sadə, çəkilmiş bir insan təkamülü modelini müdafiə oluna bilməz hala gətirmişdir ki, bu modeldə ağıllı insan avstralopiteklərdən sonra gəlir və sonra da homo erectus vasitəsilə homo sapiensə təkamülləşir. Amma, (bu modelə qarşılıq) hər hansı bir alternativ ortaq fikir də ortaya çıxmamışdır.


Harvard Universitetindən zoologiya və biologiya professoru Richard Lewontin də, insanın guya təkamülünün qalıq qeydlərində heç bir dəlili olmadığını belə etiraf edir:


Homo sapiensin mənşəyindən əvvəlki uzaq keçmişi nəzərə aldığımızda tamamlanmamış və bir-biriylə əlaqəsiz bir qalıq qeydiylə qarşılaşarıq. Bəzi paleontoloqlar tərəfindən irəli sürülən həyəcanlı və optimist iddialara baxmayaraq, birbaşa əcdadımız olaraq təsbit edilə biləcək heç bir hominid növünə aid qalıq yoxdur… Hominid olaraq qəbul edilən ən qədimqalıqlar ibtidai daş alətlərlə əlaqələndirilən, Mary və Luis Leakey tərəfindən Olduvai Gorgedə və Afrikanın başqa yerlərində tapılan məşhur qalıqlardır. Bu qalıq hominidlər 1,5 milyon ildən daha əvvəlki dövrlərdə yaşayıblar və beyinləri bizim beyinimizin yarısı qədərdir. Bunlar əsla bizim növümüzün üzvləri deyildilər və bizim əcdadlarımızın nəslindən və ya bizim əcdadlarımıza bənzəyən bir nəsildən olub-olmadıqlarını belə bilmirik.


“Time” jurnalının müəlliflərindən qatı bir təkamülçü olan Michael D. Lemonick də insanın təkamülü mövzusundakı çarəsizliyini "How Man Began" (İnsan Necə Doğuldu?) başlıqlı məqaləsində belə ifadə etmişdir.

 

Ancaq bir əsrdən çox davam edən qazıntılara baxmayaraq, qalıq qeydləri insanı dəli edərcəsinəəskik qalmağa davam edir. Çox az saydakı əlamət, hətta şəklə uyğun gəlməyən tək bir sümük belə hər şeyi alt-üst edə bilər. Demək olar ki, hər böyük ixtira ənənəvi anlayışda dərin izlər qoymuş və elm adamlarını qızğın müzakirələr mühitində yeni nəzəriyyələr yaratmağa məcbur etmişdir.


Qəribə olan isə təkamülçülərin bu həqiqətləri görmələrinə, yəni əllərində təkamülü sübut edən heç bir dəlil olmadığını bilmələrinə baxmayaraq, hələ də nəzəriyyəni müdafiə etmələridir. Bu təkamülçülərin nəzəriyyələri mövzusunda nə qədər fanatik olduqlarını, həmçinin elmə və ağla zidd hərəkət edə bildiklərini göstərən dəlillərdən biridir.

 

Təkamülçülərin xəyali əcdadları
Heç bir dəlili olmayan insanın təkamülü iddiası, insanın nəsil ağacını avstralopitek adlı meymun növüylə başladır. İddiaya əsasən avstralopitek vaxt keçdikcə ayağa qalxmış, beyni böyümüş və müxtəlif mərhələlərdən keçərək insan (homo sapiens) halına gəlmişdir. Ancaq qalıq tapıntıları bu ssenarini dəstəkləmir. Hər cür ara keçid forması iddiasına baxmayaraq, insan və meymunlara aid qalıqlar arasında keçilməz bir sərhəd vardır. Həm də bir-birinin əcdadı olaraq göstərilən növlərin əslində eyni dövrdə yaşamış müasir növlər olduqları aşkarlanmışdır.

 

Avstralopitek
Təkamülçülər insanların guya ilk meymunabənzər əcdadlarına "cənub meymunu" mənasını verən avstralopitek adını verirlər. Bu canlılar həqiqətdə nəsli tükənmiş qədim bir meymun növündən başqa bir şey deyil. Avstralopitek cinsinin müxtəlif növləri tapılsa da yalnız avstralopitek afarensis (1974-cü ildə tapıldığında dünyaya insanın təkamülünün sübutu olaraq təqdim edilən 'Lucyu”n təmsil etdiyi növ) insanın əcdadı qəbul edilir. Ancaq avstralopitek qalıqları üzərində aparılan hərtərəfli analizlər bunların nəsli tükənmiş meymun növləri olduğunu göstərmişdir.


“Australopithecine”lərin ilk növbədə Afrikada 4 milyon il qədər əvvəl ortaya çıxdıqları və 1 milyon il əvvələ qədər də yaşadıqları hesab olunur. “Australopithecine”lərin hamısı dövrümüzdəki meymunlara bənzəyən nəsli tükənmiş meymunlardır. Hamısının beyin həcmi dövrümüzdəki şimpanzelərin beyin həcmləriylə bərabər və ya daha kiçikdir. Əllərində və ayaqlarında dövrümüzdə yaşayan meymunlardakı kimi ağaclara dırmaşmağa xidmət edən çıxıntılar mövcuddur və ayaqları budaqlara yapışmaq üçün tutucu xüsusiyyətlərə sahibdir. Boyları qısadır (ən çoxu 130 sm.) və eynilə dövrümüzdə yaşayan meymunlardakı kimi erkək “australopithecine”in dişisindən daha iridir. Kəllələrindəki yüzlərlə detal, bir-birinə yaxın gözlər, iti azı dişləri, çənə quruluşu, uzun qollar, qısa qıçlar kimi bir çox xüsusiyyət bu canlıların dövrümüzdəki meymunlardan fərqli olmadıqlarını göstərən dəlillərdir.
Bu mövzudakı təkamülçü iddia isə “australopithecine”lərin tam bir meymun anatomiyasına sahib olmalarına baxmayaraq, digər bütün meymunların əksinə insanlar kimi şaquli vəziyyətdə yeridikləri nəzəriyyəsidir.


Halbuki avstralopitek cinsi üzərində aparılan bir çox araşdırmada bu növün insana bənzər şəkildə yeriyə bilmədiyi və iki ayaqlı olmadığı nəticəsinə gəlinmişdir:
1. Dünya səviyyəsində tanınmış anatomiyaçı Lord Zuckerman, özü də təkamül nəzəriyyəsini mənimsəməsinə baxmayaraq, “australopithecine”lərin yalnız adi bir meymun növü olduqları və qətiyyən şaquli vəziyyətdə yerimədikləri nəticəsinə gəlmişdir.
2. Bu mövzudakı tədqiqatlarıyla tanınmış digər bir təkamülçü anatomiyaçı Charles E. Oxnard da avstralopitek cinsinin skelet quruluşunun dövrümüzdəki oranqutanların skelet quruluşuna bənzədiyi nəticəsinə gəlmişdir.
3. 1994-cü ildə İngiltərədə Liverpul Universitetindən Fred Spoor və qrupu avstralopitekin skeletiylə əlaqədar qəti bir nəticəyə gəlmək üçün əhatəli bir araşdırma apardı.Skeletlərdə bədənin yerə görə mövqeyini müəyyənləşdirən "ilbiz" adlı bir orqan üzərində araşdırmalar həyata keçirildi. Spoorun gəldiyi nəticə, avstralopitekin insanlarınkına bənzər bir yeriyiş formasına sahib olmadığı idi.
4. 2000-ci ildə B. G. Richmond və D. S. Strait adlı elm adamlarının həyata keçirdiyi və “Nature” jurnalında dərc olunan bir araşdırmada “australopithecine”lərin ön qol sümükləri təhlil edildi. Müqayisəli anatomik tədqiqlər bu növün indiki vaxtda yaşayan və 4 ayaq üstündə yeriyən meymunlarla eyni ön qol anatomiyasına sahib olduğunu göstərdi.
Necə ki, bundan illərlə əvvəl tanınmış təkamülçü Richard Leakey də “australopithecine”lərin yeriyiş formalarının meymunlarınkına bənzədiyini demişdi:


Əslində Rudolf “australopithecine”ləri "ikiqat yeriyişli" vəziyyətinə, indiyə qədər gəlib çıxan Afrikalı meymunlar qədər yaxın ola bilər.
Paris Təbiət Tarixi Muzeyindən Christine Berg də 1994-cü ildə Journal of Human Evolution” adlı jurnalda dərc olunan yazısında avstralopitekin yerimə və durma formalarını tədqiq etmiş və insanlardan çox fərqli olduqları nəticəsinə gəlmişdir:


Mövcud nəticələr avstralopitekin iki ayaqlılığının homo cinsindən fərqli olmasının lazım olduğu nəticəsinə gətirir. Yalnız avstralopitekin yeriyərkən omba və dizlərini uzatma qabiliyyəti daha az olduğu üçün deyil, ancaq həmçinin də çanaq sümüyünü və qıçlarının alt hissəsini daha fərqli hərəkət etdirdiyi üçün. Göründüyü kimi “australopithecine” insanlardan diqqətə çarpan dərəcədə fərqli bir şəkildə, belə ki, yayxana-yayxana yeriyir, çanaq sümüyü və çiyinləri onurğasının ətrafında fırlanırdı. Bu cür bir yeriyiş insanın iki ayaqlılığına nəzərən daha çox enerji tələb edir.


London Təbiət Tarixi Muzeyinin paleontologiya bölməsindən professor Peter Andrews də avstralopitekin daha çox meymunabənzər xüsusiyyətlər göstərdiyini, ağaclarda yaşamağa uyğun ayaq quruluşuna sahib olduğunu ifadə edir. Professor Andrews Nature” jurnalında dərc olunan məqaləsində belə deyir:


İnkişaf xüsusiyyətləri də insandan çox meymunlara bənzəyir. Filogenetik baxımdan insandırlar və ya deyillər, ancaq mənə görə ekoloji baxımdan hələ də meymun olaraq qəbul edilməlidirlər.


Professor Charles E. Oxnard, “australopithecine”lərin ara keçid forması və ya insanabənzər varlıq ola bilməyəcəklərini, bunların xüsusi bir qrup olduqlarını belə qəbul edir:
Hər vəziyyətdə ilkin tədqiqatlar avstralopitek qalıqlarının insanabənzər canlı olduğunu və ya ən pis ehtimalla insanlarla Afrika meymunları arasında keçid forması olduqlarını irəli sürsə də, bütün dəlillərinin təhlil olunması həqiqətin fərqli olduğunu göstərir. Bu qalıqlar açıq şəkildə həm insanlardan, həm də Afrika meymunlarından fərqlənirlər... Avstralopitek özünəməxsusdur...


Avstralopitekin insanın əcdadı hesab oluna bilməyəcəyi, məşhur fransız elm jurnalı Science et Vie” kimi elmi jurnallar tərəfindən də qəbul edilir. 1999-cu ilin may buraxılışında bu mövzu jurnalın üz qabığı idi. Avstralopitek afarensis növünün ən əhəmiyyətli qalıq nümunəsi hesab olunan “Lucy”ni mövzu olaraq götürən jurnal "Adieu Lucy" (Əlvida Lucy) başlığından istifadə edərək avstralopitek növündən olan meymunların insan nəslinin mənşəyi olmadığı və bunların nəsil ağacından çıxarılmasının lazım olduğunu yazmışdır.


Avstralopitekin vaxt keçdikcə iki ayaqlı hala gəldiyi nəzəriyyəsinin əsassızlığını göstərən son bir təsbit, Afrika ölkələrindən olan Uqandanın Bvindi meşələrində rast gəlinən şimpanzelərdir. Liverpul Universitetinin tədqiqatçılarından Robin Crompton şimpanzelərin iki ayaq üzərində yerimələrini kəşf etmişdir. Şotlandiyanın “The Scotsman qəzetində "İki Ayaqlı Meymunlar Darvini Tapdaladı" başlığıyla verilən xəbərdə Crompton bu şərhi verir: "Bu vəziyyət ümumi şəkildə qəbul edilən, dörd ayağı üzərində yeriyən şimpanzelərdən təkamülləşdiyimiz iddiasına ziddir".


Göründüyü kimi avstralopitekin insanın əcdadı hesab olunması üçün heç bir səbəb yoxdur. Bu cinsə aid canlılar nəsli tükənmiş bir meymun növündən başqa bir şey deyil.

 

Ağıllı insan
Avstralopitekin skelet və kəllə strukturlarının şimpanzelərdən demək olar ki, fərqlənməməsi və canlıların şaquli vəziyyətdə yeridikləri iddiasının da möhkəm dəlillərlə çürüdülməsi, təkamülçü paleoantropoloqları olduqca çətin vəziyyətdə buraxmışdır. Çünki xəyali təkamül sxemindəavstralopitekdən sonra homo erectus gəlir.Homo erectus adının əvvəlindəki "homo", yəni "insan" terminindən də aydın olduğu kimi bir insan qrupudur və skeleti də tamamilə şaquli vəziyyətdədir. Kəllə həcmiavstralopitekin kəllə həcmininiki mislinə bərabərdir.Şimpanzeyə bənzər meymun növü olan avstralopitekdən, müasir insandan fərqsiz bir skeletə sahib olan homo erectusa keçmək isə təkamülçü nəzəriyyəyə görə də mümkün deyil. Buna görə də "əlaqə"lər, yəni "ara keçid forma"lar lazımdır. Məhz ağıllı insan anlayışı bu zərurətdən yaranmışdır.


Ağıllı insan təsnifatı 1960-cı illərdə ailəcə "qalıq ovçusu" olan Leakeyler tərəfindən ortaya atıldı. Leakeylere görə ağıllı insan olaraq təsnif etdikləri bu yeni canlı növü, şaquli vəziyyətdə yerimə qabiliyyətinə, nisbətən böyük bir beyin həcminə, daşdan və taxtadan hazırlanmış alətlərdən istifadə etmə qabiliyyətinə sahib idi. Bu səbəblə də insanın əcdadı ola bilərdi.


Halbuki 80-cı illərin ortalarından sonra tapılan eyni növə aid yeni qalıqlar, bu fikri tamamilə dəyişdirəcəkdi. Yeni tapılan qalıqlara istinad edənBernard Wood və Loring Brace kimi tədqiqatçılar bunların"alətlərdən istifadə edə bilən insan" mənasını verən ağıllı insan əvəzinə "alətlərdən istifadə edə bilən Cənubi Afrika meymunu" mənasını verən avstralopitek habilis olaraq təsnif edilməsinin lazım olduğunu dedilər. Çünki ağıllı insan, avstralopitek adı verilən meymunlarla bir çox ortaq xüsusiyyət daşıyırdı. Eynilə avstralopitek kimi uzun qollu, qısa qıçlı və meymunabənzər bir skelet quruluşuna sahib idi. Əl və ayaq barmaqları dırmaşmaq üçün əlverişliydi. Çənə strukturları tamamilə müasir meymunlarınınkına bənzəyirdi. 630 sm3-lik beyin həcmləri də bunların meymun olduqlarının bir göstəricisi idi. Bir sözlə, bəzi təkamülçülər tərəfindən bir ara keçid forması olaraq göstərilən ağıllı insan, əslində bütün digər “australopithecine”lər kimi nəsli tükənmiş bir meymun idi.


Sonrakı illərdə aparılan tədqiqatlar ağıllı insanın həqiqətən də avstralopitekdən fərqli bir canlı olmadığını göstərdi. 1984-cü ildə Tim White tərəfindən tapılan və OH62 adı verilən skelet və kəllə qalığı, bu növün müasir meymunlardakı kimi kiçik bir beyin həcminə, budaqlara dırmaşmağa xidmət edən uzun qollara və qısa qıçlara sahib olduğunu göstərdi.


Amerikalı antropoloq Holly Smithin 1994-cü ildə apardığı hərtərəfli analizlər də yenə ağıllı insanın əslində homo, yəni insan deyil, meymun olduğunu göstərdi. Smith,avstralopitek, ağıllı insan, homo erectus homo neandertalensis növlərinin dişləri üzərində apardığı analizlər haqqında belə deyirdi:
Dişlərin inkişafı və quruluşuna əsaslanaraq apardığımız analizlər, avstralopitek və ağıllı insan növlərinin Afrika meymunlarıyla eyni kateqoriyada olduqlarını, ancaq homo erectus və neandertal növlərinin müasir insanlarla eyni quruluşa sahib olduğunu göstərir.


Həmin ildə Fred Spoor, Bernard Wood və Frans Zonneveld çox fərqli bir üsulla yenə eyni nəticəyə gəldilər. Bu üsul başda ifadə etdiyimiz kimi insan və meymunların daxili qulaqlarında olan və tarazlığı təmin etməyə xidmət edən yarımdairəvi kanalların müqayisəli analizinə əsaslanırdı. Spoor, Wood və Zonneveld insan morfologiyasını göstərən ilk qalıqların homo erectus qrupuna aid olduğunu, avstralopitekin (və avstralopitek robustus olaraq tanınan “paranthropusun) isə klassik meymun xüsusiyyətlərinə sahib olduğunu belə yekunlaşdırdılar:


İnsan qalıqları arasında müasir insan morfologiyasını göstərən ilk növ homo erectusdur. Əksinə, Cənubi Afrikadan gələn avstralopitek və paranthropus olaraq şərh olunan kəllədəki yarımdairəvi kanal ölçüləri, dövrümüzə qədər yaşayan böyük meymunlara bənzəyir.


Stw 53 adındakı ağıllı insan nümunəsi üzərində də tədqiqatlar aparan Spoor, Wood və Zonneveld təəccüblü bir şəkildə "Stw 53-ün, “australopithecinelərdən daha az iki ayaqlı hərəkətlər göstərdiyini" tapdılar. Bu ağıllı insan nümunəsinin avstralopitek növündən daha çox meymuna bənzədiyi mənasını verirdi. Buna görə də sözügedən elm adamları Stw 53-ün australopithecine”indəhomo erectusda müşahidə olunan morfologiyalar arasında ara keçid olmasının mümkün olmadığı" nəticəsinə gəldilər.


Wood və Kolard 1999-cu ildə Science” jurnalında dərc olunan yazılarında isə gəldikləri nəticəni belə təkrarladılar:
Homo üçün təsdiqlənə biləcək meyarlar əsasında yaradılaraq düzəldilmiş bir tərif təqdim edirik; və buna görə ağıllı insan və homo rudolfensis'in homo cinsinə aid olmadığı nəticəsinə gəlirik.


Hətta S. Scherer-Hartwig və R. D. Martin kimi bəzi elm adamları da apardıqları tədqiqatlar nəticəsində ağıllı insan avstralopitekdən daha çox meymun xüsusiyyətləri göstərdiyini ifadə etdilər:


Avstralopitek afarensisə (AL 288-1, "Lucy") və ağıllı insana (OH 62, "Lucyun uşağı") isnad edilən yetkin skeletlərinin hər ikisi də alt və üst üzvlərin qalıqlarını ehtiva edir. Bu skeletlərin fərqli əza sümüyü ölçüləri arasındakı əlaqə Afrika meymunlarınınkı və insanlarınkı ilə müqayisə edildi. Təəccüblü bir şəkildə OH62-in Afrika meymunlarına AL 288-1-dən daha çox bənzədiyi aşkarlandı. Ancaq skeleti 1 milyon il daha yaşlı olan avstralopitek afarensis ağıllı insanın əcdadı olaraq qəbul edilir.


İan Tattersall isə "The Many Faces of Homo habilis" (Ağıllı İnsanın Fərqli Üzləri) adlı məqaləsində bu şərhi verir:
Getdikcə daha da aydınlaşır ki, ağıllı insan digər heç bir təsnifata aid edilə bilməyən qalıqların bir yerə toplandığı səbət halına gəldi və bu halıyla bir çox cəhətiylə bir-birinə heç bənzəməyən bir çox insani qalığın toplandığı kateqoriya olaraq qalır.


Başdan bəri araşdırdığımız bütün bu təsbitlərin nəticəsini yekunlaşdırmaq lazımdırsa, bu iki əhəmiyyətli nəticəyə gəlinə bilər:
(1) Ağıllı insan adıyla xatırlanan qalıqlar, əslində homo, yəni insan siniflərinə deyil, avstralopitek (meymun) siniflərinə daxildir.
(2) Həm ağıllı insan, həm də avstralopitek növləri əyilmiş vəziyyətdə yeriyən, yəni meymun skeletinə sahib canlılardır. İnsanlarla əlaqələri yoxdur, insanın guya nəsil ağacındakı ara keçid formaları deyildirlər.

 

Homo erectus
Homo erectus "şaquli vəziyyətdə yeriyən insan" mənasını verir. Təkamülçülər bu insanları "erect", yəni "şaquli" sifətiylə əvvəlkilərdən fərqləndirmək məcburiyyətində qalmışdırlar. Çünki əldəki bütün homo erectus qalıqları, avstralopitek ya daağıllı insan nümunələrinin əksinə şaqulidir.Müasir insanın skeletiylə homo erectus skeleti arasında heç bir fərq yoxdur.


Təkamülçülərin homo erectusu "ibtidai" hesab etmələrinin ən əhəmiyyətli dayaq nöqtələri isə, kəllə həcminin (900-1100 sm3) müasir insanın kəllə həcminin orta ölçüsündən kiçik olması, ensiz alnı və qalın qaş çıxıntılarıdır. Halbuki bu gün də dünyada homo erectusla orta hesabla eyni kəllə ölçüsündə bir çox insan yaşayır (məsələn, piqmeylər) və bu gün də müxtəlif irqlərdə ensiz alın və qaş çıxıntıları vardır (məsələn, Avstraliyanın yerli əhalisi olan aborigenlərdə).


Kəllə həcmi müxtəlifliyinin zəka və bacarıq cəhətdən heç bir fərq meydana gətirmədiyi isə məlum bir həqiqətdir. Zəka beynin həcminə görə deyil, beynin içindəki təşkilata görə dəyişər.


Homo erectusu dünyaya tanıdan qalıqlar, hər ikisi də Asiyada olan Pekin adamı və Yava adamı qalıqları idi. Ancaq vaxt keçdikcə bu iki qalığın da saxta olduğu məlum oldu. Pekin adamı yalnız gipsdən düzəldilmiş və əsli itmiş modellərdən ibarətdi, Yava adamı isə bir kəllə parçasından və ondan metrlərlə uzaqda tapılmış bir çanaq sümüyündən ibarətdi, həmçinin bunların eyni canlıya aid olduğuna dair heç bir əlamət yox idi. Bu səbəblə də Afrikada tapılan homo erectus qalıqları getdikcə daha çox əhəmiyyət qazandı.


Afrikada tapılan homo erectus qalıqlarının ən məşhuru olan Turkana Uşağının da araşdırılmasıyla homo erectusun müasir insandan heç bir fərqinin olmadığı qətiləşdi.


Təkamülçü paleoantropoloq Richard Leakey belə homo erectusla müasir insan arasındakı müxtəlifliyin irqi müxtəliflikdən başqa bir məna daşımadığını belə ifadə edir:


Hər hansı bir adam fərqləri görə bilər: Kəllənin forması, üzün ölçüsü, qaş çıxıntısının kobudluğu və s. ancaq bu fərqlər hal-hazırda müxtəlif ərazilərdə yaşayan insan irqləri arasındakı fərqlərdən daha çox deyil. Belə bir variasiya, birliklər bir-birindən uzun müddət intervallarındaayrı tutulduqları vaxt ortaya çıxır.


Konnektikut Universitetindən professor William Laughlin, eskimoslar və Aleut adalarında yaşayan insanlar üzərində uzun illər ərzində anatomik tədqiqatlar aparmış və bu insanlarla homo erectusun təəccüblü dərəcədə bir-birlərinə bənzədiklərini görmüşdür. Laughlinin gəldiyi nəticə bütün bu irqlərin əslində homo sapiens növünə (müasir insana) aid fərqli irqlər olmasıdır:


Hamısı homo sapiens növünə aid olan eskimoslar və Avstraliya yerliləri kimi uzaq qruplar arasındakı böyük fərqlilikləri nəzərə aldığımızda, homo erectusun da öz daxilində fərqli xüsusiyyətlərə sahib olan bu növə (homo sapiensə) aid olduğu nəticəsinə gəlmək çox məntiqlidir.


 Homo erectusun süni bir təsnifat olduğu, homo erectus kateqoriyasına aid edilən qalıqların əslində homo sapiensdən ayrı bir növ hesab olunacaq qədər fərqli xüsusiyyətlərə sahib olmadığı elmi jurnallarda da getdikcə daha çox dilə gətirilir. “American Scientist” jurnalında bu mövzudakı mübahisələr və 2000-ci ildə bu mövzuda keçirilən bir konfransın nəticəsi belə yekunlaşdırılır:


Senckenberg konfransında iştirak edənlərin əksəriyyəti Miçiqan Universitetindən Milford Wolpoff, Kanberra Universitetindən Alan Thorne və həmkarları tərəfindən başladılan və homo erectusun taksonomik yeri barəsində qızğın mübahisəyəbaşladılar. Bunlar (Wolpoff və Thorn) güclü bir şəkildə homo erectusun bir növ olaraq etibarlı olmadığını, tamamilə ortadan qaldırılmasının lazım olduğunu müdafiə etdilər. Onlara görə homo cinsinin bütün üzvləri 2 milyon il əvvəldən dövrümüzə qədər dəyişmələrə olduqca əlverişli və geniş sahələrə yayılmış tək bir növ,homo sapiens növüydü və bu növ daxilində təbii sınmalar və alt kateqoriyalar yox idi. Konfransın mövzusu homo erectusun mövcud olmamasıydı.


Yuxarıdakı nəzəriyyəni müdafiə edən elm adamlarının gəldiyi nəticə "homo erectus homo sapiensdən fərqli bir növ deyil, homo sapiens daxilindəki bir irqdir" şəklində də yekunlaşdırıla bilər. Bir insan irqi olan homo erectus ilə "insanın təkamülü" ssenarisində özündən əvvəl gələn meymunlar (avstralopitek, ağıllı insanhomo rudolfensis) arasında isə böyük bir yarğan vardır. Yəni qalıq qeydlərində ortaya çıxan ilk insanlar təkamül prosesi olmadan eyni anda və qəfildən ortaya çıxıblar.

 

Homo sapiens archaic, homo heildelbergensis və kromanyon
Homo sapiens archaic xəyali təkamül sxeminin müasir insandan əvvəlki pilləsini meydana gətirir. Əslində bu insanlar haqqında təkamülçülər baxımından deyiləcək bir şey yoxdur, çünki bunlar müasir insandan ancaq çox cüzi fərqlərlə ayrılırlar. Hətta bəzi tədqiqatçılar bu irqin nümayəndələrinin indiki vaxtda hələ də yaşadıqlarını deyərək Avstraliyalının yerli əhalisi olan aborigenləri nümunə göstərirlər. Aborigenlərin də eynilə bu irq kimi qalın qaş çıxıntılarına, daxilə doğru əyilmiş çənə quruluşuna və bir az daha kiçik bir beyin həcminə sahibdirlər. Həmçinin yaxın bir keçmişdə Macaristanda və İtaliyanın bəzi şəhərlərində bu insanların yaşadıqlarına dair çox əhəmiyyətli tapıntılar ələ keçirilmişdir.


Təkamülçü ədəbiyyatda homo heildelbergensis olaraq adlandırılan təsnifat isə əslində homo sapiens archaiclə eyni şeydir. Eyni insan irqini tərif etmək üçün bu iki ayrı anlayışdan istifadə edilməsinin səbəbi, təkamülçülər arasındakı fikir ayrılıqlarıdır. Homo heildelbergensis təsnifatına daxil edilən bütün qalıqlar anatomik cəhətdən müasir Avropalılara çox bənzəyən insanların dövrümüzdən 500 min, hətta 780 min il əvvəl İngiltərədə və İspaniyada yaşadıqlarını göstərir.


Kromanyon təsnifatı isə 30 000 il əvvələ qədər yaşadığı güman edilən bir irqdir. Qübbə formasındakı bir kəlləyə, geniş bir alına malikdir. 1600 sm3-lik kəllə həcmi müasir insanın kəllə həcminin orta ölçüsündən çoxdur. Kəllədə qalın qaş çıxıntıları vardır və arxa hissədə neandertal adamının və homo erectusun özünəməxsus xüsusiyyəti olan sümük çıxıntısı vardır.


Avropalı bir irq kimi qəbul edilməsinə baxmayaraq, kromanyon kəlləsinin quruluşu və həcmi hal-hazırda Afrika və tropik iqlim bölgələrdə yaşayan bəzi irqlərə çox bənzəyir. Bu bənzərliyə əsaslanaraq, kromanyonun Afrika mənşəli keçmiş bir irq olduğu güman edilir. Digər bəzi paleoantropoloji təsbitlər kromanyon və neandertal irqlərinin bir-birləriylə qarışaraq bəzi müasir irqlərin özülünü meydana gətirdiklərini göstərir.


Nəticə etibarilə bu insanların heç biri "ibtidai növ"lər və ya ara keçid formaları deyil. Tarix boyu yaşamış və ya digər irqlərə qarışıb assimilyasiya olmuş ya da nəsilləri tükənib yox olaraq tarix səhnəsindən çəkilmiş fərqli insan irqləridir.

 

Qalıq qeydlərində insanların həmişə insan, meymunların da həmişə meymun olduqları görünür
Bura qədər araşdırıldığı kimi qalıq qeydlərindən əldə edilən məlumatlar insanın təkamülü ssenarisinin heç bir elmi əsasının olmadığını göstərir. Qalıq qeydlərində ya insanlara, ya da meymun və meymunabənzər canlılara aid qalıqlar mövcuddur; təkamülçülərin tapmağı ümid etdikləri ara keçid formalarından isə əsər-əlamət yoxdur. Necə ki, belə bir təkamülü təmin edə biləcək bir təbiət mexanizmi də yoxdur. Hələ tək bir zülal molekulunun təsadüfən necə meydana gələ biləcəyini açıqlaya bilməyən təkamül nəzəriyyəsinin insan kimi olduqca mürəkkəb bir bədənə, düşünmək, sevinmək, qərar vermək, dərk etmək, estetikadan və sənətdən zövq almaq, musiqi bəstələmək, şəkil çəkmək, kitab yazmaq kimi qabiliyyət və xüsusiyyətlərə sahib bir varlığın təsadüfi mutasiyalar nəticəsində meymunabənzər heyvanlardan necə təkamülləşdiyini açıqlaya bilməsi qətiyyən qeyri-mümkündür.

 

Bir sözlə, insanın təkamüllə meydana gəldiyinə dair heç bir dəlil yoxdur və onsuz da belə bir dəyişmənin olması da qeyri-mümkündür. Təkamülçülərin bunu qəbul etmək istəməmələri həqiqəti dəyişdirməz. İnsanın yaradıcısı təsadüflər deyil, aləmlərin Rəbbi, üstün və güclü olan uca Allahdır.