Fosil qeydlərindəki sabitlik

Fosil qeydlərinin ən diqqətə çarpan xüsusiyyətlərindən biri, canlıların bu qeydlərdə müşahidə edildikləri geoloji dövrlər ərzində dəyişikliyə məruz qalmamalarıdır. Başqa sözlə bir canlı növü qalıq qeydlərində ilk olaraq necə ortaya çıxıbsa, elə bu cür də yox olana qədər və ya dövrümüzə gəlib çıxana qədər on milyonlarla, hətta yüz milyonlarla il ərzində heç bir dəyişikliyə məruz qalmır, eyni quruluşunu qoruyub saxlayır. Bu, canlıların heç bir təkamülə məruz qalmadıqlarının açıq bir dəlilidir


Bu həqiqəti ilk elan edən kəslərdən biri 20-ci əsrdəki ən tanınmış, nüfuz sahibi təkamülçülərdən biri olan Amerikalı paleontoloq və elm tarixçisi Stephen Jay Goulddur. Gould 1970-ci ildə qalıq qeydlərinin ən diqqətə çarpan iki xüsusiyyəti haqqında belə yazmışdır:


Qalıqlaşmış növlərin əksəriyyətinin tarixi, mərhələli təkamüllə ziddiyyət təşkil edən iki fərqli xüsusiyyət ortaya qoyur:
1. Sabitlik: Bir çox növ dünyada mövcud olduğu müddət ərzində heç bir baxımdan dəyişikliyə məruz qalmaz. Qalıq qeydlərində ilk ortaya çıxdıqları vaxt hansı strukturlara sahibdirsə, qeydlərdən yox olduqları vaxt da həmin strukturlara da sahibdirlər. Morfoloji (görünüş) dəyişiklik adətən məhduddur və məlum bir istiqaməti yoxdur.


2. Qəfildən ortaya çıxış: Hər hansı bir lokal ərazidəki bir növ, əcdadlarından mərhələli dəyişikliklərə məruz qalaraq mərhələli şəkildə ortaya çıxmaz; bir anda və "tamamilə formalaşmış" olaraq ortaya çıxar.


Gould sonrakı illərdə də qalıq qeydlərində müşahidə olunan sabitliyi qəbul etdiyini ifadə etmişdir. 1993-cü ildə “Natural History” jurnalındakı bir yazısında belə deyir:


Bir çox qalıq növünün geoloji həyat müddəti ərzində sabit qalması ya da heç bir dəyişikliyə məruz qalmaması, bütün paleontoloqlar tərəfindən sözlə ifadə edilmədən təsdiqlənmişdir, ancaq əsla ətraflı bir şəkildə tədqiq edilməmişdir... Sabitliyin geniş yayılması qalıq qeydlərinin utandırıcı xüsusiyyəti halına gəldi, ancaq yoxluğun (belə ki, bu təkamülün yoxluğudur) bir elanı olaraq diqqətdən kənarda saxlanıldı.


Hər ikisi də tanınmış paleontoloqlardan olan İan Tatterstall və Niles Eldredge isə, “the myths of evolution” (təkamül əfsanələri) adlı kitablarında qalıq qeydlərinin Darvinin fərziyyələri ilə olan ziddiyyətini və sabitlik həqiqətini belə izah edirlər:


Paleontoloqlar qalıqlarını qaya qeydləri boyunca izlədiklərində, gözlədikləri dəyişiklikləri görmürlər... Hər bir müxtəlif qalıq növünün, qalıq qeydlərində mövcud olduqları müddət ərzində tanınacaq şəkildə eyni olduğu, Darvinin Növlərin Mənşəyi adlı kitabının nəşr olunmasından xeyli əvvəldən bəri paleontoloqlar tərəfindən bilinirdi. Darvin... gələcək nəsil paleontoloqlarının bu boşluqları çalışqan axtarışlarıyla dolduracaqlarını güman etmişdir... Sonralar aparılan 120 illik paleontoloji tədqiqatlar isə, qalıq qeydlərinin Darvinin fərziyyələrinin bu qismini təsdiq etməyəcəyini ən açıq bir şəkildə ortaya qoymuşdur. Problem qeydlərin əskik olması da deyil. Qalıq qeydləri açıq şəkildə bu fərziyyənin səhv olduğunu göstərir.


Növlərin uzun zaman ərzində təəccüblü şəkildə sadə və sabit xüsusiyyətlərə sahib olması, "çılpaq kral" hekayəsinin bütün xüsusiyyətlərini daşıyır; hər kəs bilər, ancaq görməzlikdən gələr. Paleontoloqlar Darvinin nəzərdə tutduğu cədvəli inadla rədd edərək etiraz edənvə tamamilə başqa istiqamətə baxan söz eşitməz bir qeydlə üz-üzədirlər.


Sözügedən sabitliyə aid saysız-hesabsız nümunələr vardır. Məsələn, Vayominqdəki Bighorn hövzəsində məməlilərin ilk dövrlərinə aid 5 milyon illik qalıq yataqları mövcuddur. Buradakı qalıq qeydləri o qədər zəngindir ki, paleontoloqlar buradakı qalıqlarda ara keçid formalarını da tapa biləcəklərini və təkamül prosesini göstərə biləcəklərinə ümid etmişdilər. Ancaq ümidləri puç oldu. Bir-birindən təkamülləşdiyini irəli sürdükləri növlərin eyni dövrlərdə yaşadıqları məlum oldu və "qalıq qeydlərinin bir növdən digərinə keçidi göstərən tək bir inandırıcı dəlil belə təqdim etmədiyi" müşahidə olundu.Həm də növlər qeydlərdən yox olana qədər bir milyon il ərzində heç dəyişmədən sabit qalırdılar.


Halbuki təkamül nəzəriyyəsinin iddiasına görə növlərin bir-birindən təkamülləşə bilməsi üçün, onlar, daimi bir dəyişiklik keçirməlidirlər. Məsələn, gəmirici bir canlının yarasa və ya balinaya çevrilə bilməsi üçün, o, çox uzun dövrlər ərzində mərhələli şəkildə kiçik dəyişikliklər keçirməlidir. Gəmirici bir canlının yarasa və ya balinanın xüsusiyyətlərini qazana bilməsi üçün isə, bu mərhələli çevrilmə çox uzun bir müddət davam etməlidir. Bu uzun müddət ərzində isə çox sayda ara keçid forması meydana gəlməli və bu ara keçid formalar arxalarında milyonlarla qalıq buraxmalıdırlar. Halbuki qalıq qeydlərində ara keçid forması xüsusiyyətlərinə sahib canlılara heç rast gəlinmir. Tapılan qalıqlar gəmiricilər, yarasalar və ya balinalar kimi tam və diqqətə çarpan xüsusiyyətlərə sahib xüsusi canlılardır və bu canlılar qalıq qeydlərində bu tam hallarıyla mövcuddurlar.


Niles Eldredge qalıq qeydlərində ara keçid formalarının tapılmamasının və sabitlik mövzusunun təkamülçü paleontoloqlar tərəfindən çox yaxşı bilindiyini, ancaq qəsdən görməzlikdən gəlindiyini belə etiraf edir:
Göründüyü kimi hər yeni nəsil qalıqlardakı təkamül xarakterli dəyişikliyin nümunələrini sənədləşdirmək üçün səbirsizlənən bir neçə yeni paleontoloq ortaya çıxarır. Əlbəttə ki, həmişə mərhələli şəkildə inkişafa aid dəyişikliklər axtarıldı. Bu paleontoloqların səyləri çox vaxt qarşılıqsız qalmaqla yanaşı, qalıqlar gözlənilən xüsusiyyətləri göstərmək əvəzinə, daim sabitlik göstərdilər... Bu (qalıqlardakı) fövqəladə sabitlik, təkamüllü dəyişməni tapmağa can atan paleontoloqlara heç bir təkamül yoxmuş kimi göründü. Mərhələli təkamül əvəzinə daimi sabitliyisənədləşdirən işlər, müvəffəqiyyətsizlik kimi xarakterizə edildi və adətən nəşr olunmadı. Paleontoloqların əksəriyyəti dəyişməzliyin, sabitlik olaraq adlandırılan dəyişmə əskikliyinin fərqində idi…


Qalıq qeydlərinin hər cəhətdən təkamül nəzəriyyəsini açıq şəkildə yalanladığı görülür. Eldredge'in sözlərində diqqət çəkən ayrı bir mövzu isə, qalıq qeydlərində növlərin dəyişmədiyinin, əksinə sabit qaldıqlarının sənədləşdirildiyi işlərin dərc olunmaması və müvəffəqiyyətsizlik olaraq xarakterizə edilməsidir. Təkamülçülər yalnız qalıqlar mövzusunda deyil, digər əlaqədar elm sahələrində də təkamül əleyhində olan dəlilləri gözlərdən uzaqda saxlama, tərəfli şərhlərlə cəmiyyəti yanıltma mövzusunda olduqca təcrübəlidirlər. Eldredge də sözlərinin arasında təkamülçülər arasında vərdiş halına çevrilən bu üsulu ifadə edir.


“Focus” jurnalı da təkamülçü nəşr olmasına baxmayaraq, selakantın mövzu olaraq götürüldüyü aprel 2003-cü il tarixli buraxılışında bu balıq kimi milyonlarla ildir ki, dəyişməyən canlılardan belə danışmışdır:


Selakant kimi böyük bir canlının bu qədər il ərzində elm dünyasının məlumatından uzaq yaşadıqdan sonra tapılması, öz üzərinə xeyli diqqət çəkilməsinə gətirib çıxardı. Halbuki, selakant kimi bundan milyonlarla il əvvələ aid qalıqlarıyla tamamilə bənzər olan orqanizmlərin sayı olduqca çoxdur. Məsələn, qabıqlı bir heyvan növü olan neopilina 500 milyon ildən bəri, əqrəb, 430 milyon ildən bəri; zirehli və qılınc quyruqlu bir heyvan, dənizdə yaşayan bir canlı olan limulus, 225 milyon ildən bəri; yalnız Yeni Zelandiyada yaşayan bir sürünən növü olan tuatara da, təxminən 230 milyon ildən bəri dəyişmədi. Çoxayaqlıların bir çox dəstəsi, timsahlar, dəniz tısbağaları və bir çox bitki növü də uzanıb gedən siyahının bir hissəsidir.


“Focus” jurnalı bu qalıqların təkamül nəzəriyyəsinə vurduğu zərbəni isə açıq şəkildə etiraf edir:
Təkamül nöqteyi-nəzərindən baxıldığında bu tip orqanizmlərin mutasiyaya məruz qalma ehtimalı digərlərinə nisbətənxeyli yüksəkdir. Çünki hər yeni nəsil DNT-nin surətinin çıxarılması deməkdir. Milyonlarla il ərzində surətçıxarma əməliyyatının neçə dəfə edildiyini düşündükdə ortaya çox maraqlı bir mənzərə çıxır. Nəzəriyyədə dəyişən mühit şərtləri, düşmən növlər, növlər arası rəqabət kimi müxtəlif təzyiq ünsürlərinin təbii seleksiyaya səbəb olmalı, mutasiyaya məruz qalmış faydalı növlər seçilməli və bu növlər bu qədər uzun müddət ərzində bir çox dəyişikliyə məruz qalmalıyıdı. Amma həqiqət belə deyil. Məsələn, hamamböcəklərini götürək. Çox sürətlə çoxalırlar, ömürləri də qısa olur, amma təxminən 250 milyon ildən bəri dəyişməmişdirlər. Daha təəccüblü bir nümunə isə arxeyalardır. Tam 3,5 milyard il bundan əvvəl, dünya hələ çox isti olduğu vaxtda ortaya çıxıblar, indiki vaxtda da Yellostoun Milli Parkındakı qaynar sularda yaşamağa davam edirlər.

 

Selakant kimi yaşayan qalıqların ortaya çıxdıqları gündən dövrümüzə qədər keçən müddət ərzində heç bir dəyişikliyə məruz qalmaması, daim dəyişməsi nəzərdə tutan təkamüllə deyil, canlıların ayrı-ayrı yaradıldıqlarını və heç dəyişmədən dövrümüzə qədər gəlib çatdıqlarını göstərən yaradılış həqiqətinə uyğun gəlir. Yaşayan qalıqlar bir yaradılış dəlilidirlər. Allah milyonlarla canlı növünü möcüzəvi bir şəkildə yoxdan yaratmışdır.